son dəqiqə SON DƏQİQƏ
“Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir?

Yuri Matias "Neftçi"dən ayrılır? - ÖZÜ AÇIQLADI

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 25-04-2025, 10:24

"Neftçi"nin üzvü Yuri Matiasın Sport1.az-a müsahibəsi...

- "Sabah"la heç-heç etdiniz. Bu nəticə ilə kubokla vidalaşdınız. Matçla bağlı fikirlərin maraqlıdır...
- Bizim üçün, "Neftçi" ailəsi üçün ağırdır. Çətin keçən mövsümdən sonra Tanrı bizə şans verdi ki, bunu yaxşı mənada dəyərləndirərək azarkeşlərimizi sevindirək. Lakin məğlub olduq. Çox kədərliyəm. "Sabah"a qarşı yaxşı oyun göstərdik. Çox təmiz qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik...

- Hakimliklə bağlı nə deyə bilərsən?
- Bu kimi mövzular haqqında çox fikir bildirməyi xoşlamıram. Çünki bu kimi səbəblər məğlubiyyətimizə bəhanə olur. Amma hakim tərəfindən çox böyük təzyiqə məruz qalmışdıq. Mənə qarşı niyə belə rəftar edirlər? Heç anlamıram. Son ev oyunumuzda rəqib futbolçuya toxunmamağıma rəğmən sarı vərəqə aldım. Hər görüşdə komandam üçün əlimdən gələni etsəm də, bu kimi vəziyyətlər bəzən çox cansıxıcı olur.

- Növbəti mövsüm "Neftçi"də qalacaqsan, yoxsa səni başqa bir komandada izləyəcəyik?
- Bu mənim əlimdə olan bir şey deyil. Menecerlərim bu işlərə baxır. Deyəcəyim tək şey mövsümün sonuna qədər "Neftçi"nın uğuru üçün əlimdən gələni edəcəyəm. "Neftçi" Azərbaycan tarixinin ən güclü klubudur. İlk sualda da qeyd etmişdim. Tanrı bizə çox gözəl şans bəxş etmişdi, lakin alınmadı. Çox məyusam. Həm öz adıma, həm də yoldaşlarım adına. Çox istəyirdik ki, finala vəsiqə qazanan tərəf biz olaq. Azarkeşlərimiz həmişəmbizi dəstəkləyirlər. Komandam adıma azarkeşlərimizdən bu mövsüm üçün üzr istəyirəm...

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR