son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Milli ABŞ-a vaxtında çata bilmədi

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 15-06-2026, 10:10

DÇ-2026-nın iştirakçılarında olan Uruqvay millisinin ABŞ-a səfərində problem yaranıb.


Sport1.az "The Athletic"ə istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisi Səudiyyə Ərəbistanı ilə keçirəcəyi qrup mərhələsi oyunu ərəfəsində ABŞ-a planlaşdırıldığı vaxtda uça bilməyib.


Buna səbəb təyyarənin uçuş sənədləri ilə bağlı yaranmış problem olub. Nəticədə komandanın Meksikadan Mayamiyə səfəri bir neçə saat gecikib.


Məlumata görə, yaranmış çətinlik səbəbindən yığmanın baş məşqçisi Marselo Byelsa və müdafiəçi Xose Mariya Ximenes üçün nəzərdə tutulan mətbuat konfransı da təhlükə altına düşüb.


Bəzi KİV-lər komandanın ABŞ-a eniş icazəsi ala bilmədiyini yazsa da, əsas səbəbin sənədləşmə və uçuş icazələri ilə bağlı texniki problem olduğu bildirilir. Daha sonra Uruqvay millisinin Mayamiyə yola düşdüyü açıqlanıb.


Yaranan problemlərə görə FİFA-nın Uruqvay Futbol Assosiasiyasına intizam sanksiyaları tətbiq etməsi riski var.


Qeyd edək ki, Uruqvay dünya çempionatının H qrupunda ilk oyununu iyunun 16-da Bakı vaxtı ilə saat 02:00-da Səudiyyə Ərəbistanına qarşı keçirəcək.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR