son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

İranın baş məşqçisi çətinlikləri açıqladı

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 15-06-2026, 11:11

İran millisinin baş məşqçisi Əmir Qalenoi 2026-cı il dünya çempionatında komandanın üzləşdiyi çətinliklərdən danışıb.


Sport1.az xəbər verir ki, onun sözlərini jurnalist Ben Jacobs sosial şəbəkə hesabında paylaşıb.


İran millisi təlim-məşq toplanışını ABŞ-da deyil, Meksikada keçirməyə məcbur olub. Halbuki komanda qrup mərhələsindəki hər üç oyununu ABŞ-da keçirəcək. Futbolçular və nümayəndə heyətinin üzvləri ABŞ-a yalnız oyun günü daxil ola, matçdan dərhal sonra isə ölkəni tərk etməlidirlər. Bundan başqa, İran nümayəndə heyətinin bəzi üzvləri ümumiyyətlə ABŞ vizası ala bilməyiblər.


Qalenoi bildirib: "İran kimi qürurlu və güclü ölkəni təmsil etmək mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, futbol insanlara sevinc bəxş edəcək və müxtəlif mədəniyyətləri bir-birinə yaxınlaşdıracaq. Əlbəttə, ölkəyə girişlə bağlı problemlər oldu, amma buna baxmayaraq burada olmaqdan xoşbəxtik. Hazırlıq prosesimiz asan keçmədi. Əvvəlcə ABŞ-da yerləşməyi planlaşdırırdıq, daha sonra Meksikaya köçməli olduq. Bazanın yeri iki dəfə dəyişdirildi və uyğunlaşmaq üçün demək olar ki, vaxtımız qalmadı. Amma bu məsələdə göstərdikləri köməyə görə meksikalılara böyük təşəkkürümü bildirirəm.Biz çətinliklərdən faydalanmağa öyrəşmişik. Hazırda yalnız futbolu və onun insanlara bəxş edə biləcəyi sevinci düşünürük”.


İran millisi DÇ-2026-nın G qrupunda Yeni Zelandiya, Belçika və Misir yığmaları ilə qarşılaşacaq. Komanda ilk matçını iyunun 16-da Yeni Zelandiyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 05:00-da başlanacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR