son dəqiqə SON DƏQİQƏ
Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı

Bahadur Həziyev bu fikirlə razılaşmır - MÜSAHİBƏ

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 7-04-2025, 00:37

"Qaradağ Lökbatan"ın üzvü Bahadur Həziyevin Sport1.az-a müsahibəsi...

- I Liqanın son turunda çempionatda qalmaq uğrunda əsas rəqibiniz olan "Cəbrayıl"la oyunda xal itirdiz. Görüşlə bağlı fikirlərin maraqlıdır...
- Matça ciddi hazırlaşmışdıq. Məqsədimiz qələbə qazanmaq idi. İki tərəfli qarşıdurma oldu. İlk yarıda rəqib yaxşı çıxış etdi, amma fasilədən sonra meydanda dominantlıq edən tərəf biz olduq. Təəssüf ki, qol imkanlarımızdan yararlana bilmədik.

- 4 turdur heç-heçələri sıralayırsız. Son iki matçda isə qolsuz bərabərliklər əldə edirsiz. Qələbəsizliyin və qolsuzluğun səbəbi nədir?
- Bu daha çox taktiki gedişlərlə bağlıdır. Əvvəlcə 4-3-3 və ya 4-4-2 sxemi ilə oynayırdıq. Hazırda isə sırf qapımızın toxunulmazlığını saxlamaqla uğur qazanmağa fokuslanmışıq deyə 4-5-1 taktiki gedişiylə oynayırıq. Həmçinin, rəqiblərimizin də bizi son dərəcə ciddi təhlil etmələri və bəxtsizlik amili də var.

- Sanki, irəlidəki oyunçularına lazımınca topla təmin olunmur...
- Ön xətdə yaxşı oyunçularımız var. Bunu rəqib də bilir və futbolçularımızı maksimum zərərsizləşdirməyə fokuslanıblar. Hazırda demək olar bütün komandalar bizimlə oyunda sıx müdafiə olunurlar. İrəlidəki oyunçularımızın yetərincə topla təmin olunmur fikiri ilə razılaşmıram.

- Çempionatın marafonu finala doğru yaxınlaşır, amma siz hələ də turnir cədvəlində sonuncusuz. Turlarda ötdükcə I Liqada qalmaq şanslarınız azalır. Bu barədə nə deyərdin?
- Pessimizmə qapılmırıq, qarşıda daha 7 tur var. 7 tur isə 21 xal deməkdir. Hazırda əsas rəqiblərimiz arasında xal fərqi elə də böyük deyil. Bir-iki qələbə turnir cədvəlində yerdəyişməyə səbəb olur. Ümidimizi itirmirik və son 7 matçda daha əzmlə vuruşacağıq. Kim güclüdürsə, o da çempionatda yerini qoruyacaq.

- Mövsümün sonun az qalıb. Gələcək karyeranla bağlı hansı addımlar atacaqsan?
- Çempionat tamamalanandan sonra karyeramı harada davam etdirəcəyim aydınlaşacaq. Hələlik bütün diqqətimi “Qaradağ Lökbatan”a cəmləmişəm.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR