son dəqiqə SON DƏQİQƏ
"Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı

"İmişli"nin baş məşqçisi son matçların çətin keçəcəyini düşünür - MÜSAHİBƏ

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 10-04-2025, 12:05

Elitaya vəsiqə qazanmağa iddialı “İmişli” I Liqanın XX turunda Şamaxıda "Ordu"ya 2:1 hesabıyla qalib gəldi.

Bu qələbə komandanın 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmləndirdi.

Komandanın baş məşqçisi Fərid Namazov görüşlə bağlı fikirlərini Sport1.az-a açıqladı:

“Heyətimizin əsas oyunçularından Həzrət İsayev ilə Abbas Ağazadə cəzalı idilər. Onların xidmətindən istifadə edə bilmirik. Cəzalılar sırasına Dieqo Vaskes də qoşulduğundan işimizin çətin olacağından qorxurduq. Amma şükürlər olsun ki, rotasiyalarımız nəticəsində onların yerinə oynatdığımız oyunçularımız da işlərinin öhdəsindən gəlməyə çalışdılar. "Ordu" ilə ağır, amma çox maraqlı qarşılaşma alındı. Topa nəzarət bizdə olsa da, rəqib əks hücümlarda çox effektli və təhlükəli idi. Biz qısa ötürmələrə üstünlük versək də, rəqib uzun hava topları ilə hücuma çıxmaqda maraqlı idi. İlk yarıda topu özümüzdə saxlasaq da, istədiyimizi meydanda tam həyata keçirə və fürsətləri qola çevirə bilmədik. Amma fasilədən sonra daha kreativ çıxış etdik. İdrisin uzaqdan cərimə zərbəsi ilə hesabı açdıq, oyunun sonlarına yaxın fərqi artırdıq. Hesab 2:0 olarkən hər şey planladığımız kimi gedirdi. Amma 90-cı dəqiqədə qapımıza penalti təyin olundu. Rəqib hesab arasındakı fərqi azaltdı. Bundan sonra “hərbçilər” daha istəkli olub, bir xal qoparmağa fokuslandılar. Matça əlavə olunan dəqiqələr bizim üçün çox çətin keçdi. Buna rəğmən, futbolçularımız komanda şəklində yaxşı müdafiə olundular, qələbə hesabını qorudular. Həm qalibiyyətə, həm də əzmkarlığa görə futbolçularıma təşəkkürümü bildirirəm”.

Gənc mütəxəssis növbəti turlar barədə də fikir bildirdi:

“Qəbələ”nin Premyer Liqaya qayıtması münasibəti təbrik edirəm. Onlar həm elitaya qayıtmağa, həm də orada oynamağa layiqdirlər. “Qırmızı-qaralar”ın çox yaxşı məşqşilər heyəti və infrastrukturları var. İkinci pillə və güclülər dəstəsinə vəsiqə uğrunda əsas rəqiblərimizdən “Karvan” da səfərdə böyük hesablı qələbə qazandı. Onları da təbrik edirəm. Növbəti tur səfərdə Yevlax təmsilçisinə qarşı oynayacağıq. Bizi həm o matçda, həm də irəlidəki 6 oyunda çox çətin sınaq gözləyir. Elitaya vəsiqə uğrunda mübarizə son tura qədər davam edəcək. Bu mübarizədən üzüağ çıxmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR