son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

"Nəticədən razı deyiləm"

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 16-06-2026, 12:28

Futbol üzrə İran millisinin baş məşqçisi Əmir Qalenoy dünya çempionatının qrup mərhələsinin I turunda Yeni Zelandiya ilə heç-heçə etdikləri matçın nəticəsindən razı deyil.


Sport1.az xəbər verir ki, 62 yaşlı mütəxəssis bu barədə matçdan sonra açıqlama verib.


O, 2:2 hesabı ilə başa çatan qarşılaşmada qol şanslarının olduğunu bildirib:


"Çox gözəl görüş alındı. Məncə, ilk turun ən yaxşı matçı idi. Oyundan razı olsam da, nəticədən razı deyiləm. Qapımıza iki top gəldi, hər ikisi qolla nəticələndi. Bizim isə çox qol imkanlarımız oldu. Amma yararlana bilmədik. ABŞ-yə daha tez gəlməli idik. Amma təəssüf ki, buna imkan vermədilər. Hələ tam uyğunlaşmamışıq. Artıq bir az dincəlməli və bərpa olunmalıyıq. Bu matçı təhlil edəcəyik və zəif cəhətlərimizin üzərində işləyəcəyik".


Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR