son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 15-06-2026, 14:49

DÇ-2026-nın ən çox müzakirə olunan yeniliklərindən biri matç ərzində iki dəfə tətbiq olunan su fasilələridir. Amerika idmanında adi hal sayılan bu yenilik Avropa futbol məktəbinin nümayəndəsi olan məşqçilərin narazılığına səbəb olub.



Sport1.az “Sport-ekspress”ə istinadən xəbər verir ki, İsveç millisinin baş məşqçisi Qrem Potter bu fasilələrin oyunun gedişinə təsir göstərə biləcəyini deyir:



“Artıq demək olar ki, bu fasilələr oyunun dinamikasını dəyişir. Çünki matç iki hissə yox, sanki dörd hissə şəklində oynanılır. Bu, aydın məsələdir. Amma üstünlüyə malik olan komanda fasilədən sonra həmin üstünlüyü itirə bilər. Şikayət etmirəm. Qayda budursa, buna uyğunlaşmalıyıq”.



ABŞ millisinin baş məşqçisi Mauricio Poçettino da bu yeniliyi bəyənmədiyini gizlətməyib:



“Bu, mənim xoşuma gəlmir. Belə fasilələri yalnız hava şəraiti həqiqətən ekstremal olanda dəstəkləyirəm. Hava normaldırsa, buna ehtiyac yoxdur”.



Lakin su fasiləsi ilə bağlı şok iddialar da var. Bəzi xəbərlərə görə, su fasilələrinin əsas məqsədi futbolçuların istirahəti deyil, reklam yayımı üçün əlavə vaxt yaratmaqdır. Jurnalist Romain Molinanın məlumatına görə, mundialın Meksika – Cənubi Afrika (2:0) açılış oyununda hakim futbolçuların oyuna qayıtmasını bir qədər gecikdirib, çünki televiziya reklam bloku hələ başa çatmayıb. Bu isə fasilələrin hava şəraitindən daha çox kommersiya məqsədlərinə xidmət etdiyi barədə fikirləri gücləndirib. (Qol.az)

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR