13:58 5.03.2025 339

Qismət Alıyev: "Ruslana başa salmağa çalışırdım ki..." - MÜSAHİBƏ

Misli Premyer Liqasının 25-ci turunda "Zirə" "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub etdi.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra "qartallar"ın kapitanı Qismət Alıyev jurnalistlərin suallarını cavablandırdı.

Millimizin üzvünün maraqlı müsahibəsini diqqətinizə çatdırırıq...

- Gərgin qarşılaşmada 3 xal qazandınız. Görüş haqda nə deyə bilərsən?
- Tovuz səfəri bütün komandalar üçün çətindir. Biz də bilirdik ki, qarşıda bizi çətin oyun gözləyir. Buna görə də matça tam istəklə hazırlaşırdıq. Düşünürəm ki, çox vacib 3 xal qazandıq. Qarşıda bizi “Səbail”lə oyun gözləyir. Fikrimizi ancaq həmin matça yönəldəcəyik.

– İkinci pillədəki yerinizi möhkəmlətmək komandanı daha da rahatladır?
– Xeyr. Birinci dövrədə elə zaman oldu ki, 13 xal geriyə düşdük. Hər bir komandanın başına gələ biləcək gözlənilməz nəticələr olur. İndi heç bir oyunda rahatlıqla qələbə qazanmaq olmur. İndi fikrimiz ancaq “Səbail”lə oyundadır. Sonuncu pillədə olmalarına baxmayaraq, Cavid Hüseynovun gəlişindən sonra oyun planlarında çox irəliləyiş var.

– Sizə yaxın olan komandalar – “Araz-Naxçıvan” və “Turan Tovuz”la müqayisədə daha kompaktsınız. Demək olar ki, avrokuboklara onlardan bir addım daha yaxınsız?
– Öz oyunumuzdan başqa heç kimə baxmırıq. Demirik ki, filan komanda xal itirsin və ya qazansın. Ancaq qarşıdakı oyuna köklənirik.

– Bugünkü oyunda qırılma nöqtəsi harada oldu?
– Heç hesab 2:0 olanda belə bunu qırılma nöqtəsi saymaq olmazdı. Çünki son dəqiqələrdə “Turan Tovuz” bütün qüvvəsiylə irəli atılmışdı. Hər standart vəziyyətlər də bizim üçün çox təhlükəli idi. Biz də komanda şəklində yaxşı müdafiə olunaraq, səhv etmədik və 3 xalı qazandıq.

– Oyunun ilk dəqiqələrində tovuzlu azarkeşlərin sizə aqressiyası müşahidə olundu. Hətta Ruslan Abışovla həmin epizodda dialoqunuz baş tutdu…
– Həmin epizodda zədəli oyunçu var idi və Ruslanla topu meydandan vurub çıxartmaq barəsində danışdıq. İsmayıl Zülfüqarlı da bildirdi ki, həmin epizodda zədəliyə görə yox, sadəcə həmin məqamda topu vurub çıxartdıq. Mən də Ruslana başa salmağa çalışırdım ki, oyunçu zədələndiyinə görə topu çıxartsaydılar, biz də onlara qaytaracaqdıq. Belə böyük bir şey olmadı.

– Ölkə kubokunda “Araz-Naxçıvan”la hər iki oyunda 1 qol belə vura bilmədiz. Turnir cədvəlində qabaqladığınız komandaya qarşı belə nəticə gözlənilməz oldu. Səncə, cütün taleyini nə həll etdi?
– Hər iki oyuna baxdıqda, bəlkə də turu keçən tərəf biz ola bilərdik. Oyun baxımından bu belə idi. Bu mövsüm “Araz-Naxçıvan” “Qarabağ”dan sonra ən az qol buraxan komandadır. İlk oyunda baş məşqçimiz rotasiyalar etmişdi və məğlub olmuşduq. İkinci matçda da gözləmədiyimiz halda penaltilərdən fərqlənərək hesabı 2:0 etdilər. İki oyunda 3 penaltidən qol buraxdıq. Qarşılaşmaya baxdıqda, biz onlardan heç nədən geri qalmırdıq. Sadəcə “Araz-Naxçıvan” müdafiədə çox yaxşı oynadı. Keçən mövsüm kubokda finala çıxmışdıq. Həqiqətən də ölkə kubokunun finalına çıxmaq, komanda üçün böyük nəticədir. İndiysə qarşıda bizi çempionat oyunları gözləyir. Hansı ki, həmin oyunların hamısı finala bərabərdir.

– Hər işdə bir xeyir var məsəlin yada salsaq, kubokda mübarizəni dayandırmaqla, çempionata daha da yaxşı şəkildə köklənəcəyinizi demək mümkündür?
– Keçən mövsüm də 3 gündən bir oyunlarımız olurdu. Təbii ki, kubokun finalına çıxmaq istəyərdik. Amma alınmadı. Ümid edirəm ki, komanda üçün xeyirli olar.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:58

DÇ-2026: İspaniya Kabo-Verde ilə, Belçika Misirlə bacarmadı - YENİLƏNİB

00:57

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

23:56

Millimizin rəqibləri müəyyənləşib

23:27

CAS qərarını verdi - “Turan Tovuz” Konfrans Liqasında çıxış etməyəcək

22:22

“Şəfa” üç futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

22:11

DÇ-2026: Belçika - Misir: HEYƏTLƏR

21:32

Azərbaycan və Venesuela idman əməkdaşlığını genişləndirir

20:52

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb

20:42

İtaliya klubunda yeni təyinat - RƏSMİ

20:26

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır - İDDİA

19:56

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

19:25

Boksçularımızdan Millətlər Kubokunda 13 medal

19:12

DÇ-2026: İspaniya - Kabo-Verde - HEYƏTLƏR

18:26

7 şahmatçımız Dünya Çempionatında çıxış edəcək

18:00

Baş məşqçi: "Daha çox qol vura bilərdik"

17:52

AFFA-nın baş katibi FIFA-nın sammitində

17:29

Fatih Terim Türkiyə millisinin şanslarını dəyərləndirdi

17:07

London klubu mərakeşli futbolçunu istəyir

16:50

Məğlubiyyətsizlik seriyası artdı

16:30

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

16:16

Fransanın yox, Əlcəzairin oyununa gedəcək

16:00

“Kəpəz”dən ayrılan futbolçu bu kluba keçdi

15:40

Mourinyonun köməkçisi olacaq

15:30

Murad Məmmədov "Pafos"la müqavilə imzaladı

15:15

19 yaşlı futbolçu evində ölü tapıldı

14:49

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

14:28

“Mançester Yunayted” rəhbərliyinin arzusu

14:04

"Bərabərlik qolu komandanın xarakterini göstərdi"

13:39

Mundiallarların rekordçusu – almanlar

12:49

Fransa klubunda yeni baş məşqçi

12:30

“Sabah”ın idman direktoru açıqlandı - RƏSMİ

12:02

“Bavariya”ya keçir

11:40

“Barselona” İngiltərədən hücumçu gətirir

11:25

"Yaponiyanın bizdən qorxduğunu hiss etdim"

11:11

İranın baş məşqçisi çətinlikləri açıqladı

10:49

Qeyci yüngül çəkidə çempion oldu

10:31

Ukraynalı mütəxəssis hansı klubumuza gəlir?

10:10

Milli ABŞ-a vaxtında çata bilmədi

09:50

Almaniya - Kurasao oyunu tarixə düşdü

09:28

13 ölkədən narazılıq

09:00

DÇ-2026: Niderlanddan heç-heçə, İsveçdən darmadağın

00:23

"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verdi

23:45

Noyerdən yeni rekord

23:05

DÇ-2026: Almaniya debütantı darmadağın etdi

22:36

İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

21:46

Azərbaycanlı qrossmeyster Özbəkistanda çempionluğunu rəsmiləşdirdi

20:15

Millimiz Avropa Kubokunun finalında

19:07

“Atletiko”nun qolkiperi İtaliya klubuna keçə bilər

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ"dan növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək

11:52

8 şahmatçımız dünya çempionatında iştirak edəcək

10:53

“Şamaxı”da məşqçi heyəti bəlli oldu

09:54

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır