SON DƏQİQƏ
"Cəbrayıl"ın üzvü Əkpər Vəliyevin Sport1.az-a müsahibəsi...
- Çətin görüşdə "Mingəçevir"ə 2:0 hesabı ilə qalib . Oyunla bağlı fikirlərin maraqlıdır...
- Çətin qarşılaşma oldu. Bu oyun bizim üçün 6 xal dəyərində idi. Allaha şükür ki, kollektivimizlə birgə matçdan qələbə ilə ayrıldıq.
- Oyunda gözəl qurtarışlarla yadda qaldın. Səncə, oyunun ən yaxşısı adına layiqsən?
- Yox. Belə deməzdim. Ola bilər komandam üçün böyük köməklər etmişəm. Matçın oyunçusu komandamızdakı bütün futbolçulardır. Onların göstərdikləri yaxşı performansdır.
- Sabah "Karvan"la üz-üzə gələcəksiniz. Bu oyunla bağlı nə deyə bilərsən?
- "Karvan" çox yaxşı komandadır. Hazırda Premyer Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar. Onlarla oyunun çətin keçəcəyini bilirik. Lakin, biz qarşıdakı 5 turun hamısında maksimum nəticə qazanaraq mövsümü tamamlamaq istəyirik.
- Gələcəyin haqda nə düşünürsən? "Cəbrayıl"da qalacaqsan?
- Onu zaman göstərəcək. Komanda ilə müqaviləm var. Əlbəttə ki, burada qalmaq istəyirəm.
EMİN ZEYNALLI