12:17 5.03.2025 726

Ehtiram Quliyevlə AFFA-nın baş katibi niyə görüşüb? - ÖZÜ AÇIQLADI

Msili Premyer Liqasının 25-ci turunda "Turan Tovuz" "Zirə"yə 0:2 hesabı ilə məğlub oldu.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qərblilərin İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərin suallarını cavablandırdı.

Klub rəsmisinin maraqlı müsahibəsini diqqətinizə çatdırırıq....

- Əvvəlcə bugünkü nəticə barədə fikirlərinizi bilmək istərdik.
- Belə nəticə əlbəttə ki, bizi üzür. Növbəti oyunlara baxacağıq. Uzun marafondur. Ümid edirəm lazım olan xalları yığacağıq.

- Ötən həftə AFFA İntizam Komitəsi klubunuzu 20000 manat cərimələdi. Bu barədə nə deyərdiniz?
- AFFA-nın qərarını anlayışla qarşılayırıq. Ölkə futboluna onlar nəzarət edir. Elə uyğun hesab ediblərsə anlayışla qarşılayırıq. Biz də klubun maraqlarını qorumaq üçün mövqelərimizi bildiririk və bildirəcəyik. Bunu dilə gətiririk. Sadəcə, üzücü məqam o oldu ki, AFFA ilə dialoqumuzun ən yaxşı vaxtında belə hal baş verdi. Buna görə üzülürük. Bu da futbol ictimaiyyəti və azarkeşlər tərəfindən elə başa düşüldü ki, qarşıdurmadır. Əslində qarşıdurma yoxdur. Bir çox mövzularda AFFA-nın bizə dəstəyi var. İstər lisenziyalaşdırma mərhələsində, klubların yetəri qədər personalı yoxdur və bizə açıq dəstək olurlar. Stadionun standartlarının UEFA meyarlarına uyğunlaşmasında, ağlıma gələn və gəlməyən bütün dəstəyi göstərirlər. Bir çox mövzuda dialoqumuz davam edir. Bizə qarşı verilən qərarın haqsız olduğu düşüncəsindəyik. Amma anlayışla qarşılayırıq. Böyütməyə ehtiyac yoxdur. Nə bu cəzanı alan ilk, nə də son komandayıq.

- Appelyasiya şikayəti verməyi düşünürsünüz?
- Yox. Appelyasiya şikayəti verməməyimizin səbəbi haqsız olmağımız deyil. Süni gərginlik yaranmaması nöqteyi-nəzərdən, oyunçularımız, komandamız və azarkeşlərimizin fikrini sadəcə oyunlara yönəlməsi üçün belə uyğun hesab etdik. İdarə Heyəti yenə toplanacaq. Sadəcə ilk düşüncələrimiz Appelyasiya şikayəti verməməkdir. Futbolçularımızın və azarkeşlərimizin bütün diqqətini yalnız oyunlara yönəltmək istəyirik. Bu üzdən məsələnin böyüdülməsinin tərəfdarı deyilik. Düzdür, bu mövzu İdarə Heyətinin qarşıdakı iclasında daha ətraflı şəkildə müzakirə olunacaq. Lakin ilkin qərar Apellyasiya Məhkəməsinə müraciət etməməkdir. Hər halda, bu məsələdə şərəf və layəqətin alçaldılmasından söhbət gedə bilməz. Düşünmürük ki, kimsə AFFA-nın haqlı olduğunu fikirləşsin. Əslində istəyimiz böyük bir şey deyildi. Sadəcə, matçın təxirə salınmasını xahiş etdik. Ola bilsin, uyğun vaxt deyildi və ya başqa səbəblər ortaya çıxdı. AFFA ölkə futboluna nəzarət edən qurumdur. Verdiyi qərarlara hörmətlə yanaşırıq. Sonradan AFFA-ya yeni təyin edilmiş baş katiblə (Cahangir Fərəcullayev nəzərdə tutulur - red.) görüşdük. Münasibətlər normaldır. Bütün məqamlara aydınlıq gətirmişik. Azarkeşlərimiz narahat olmasınlar. Biz şəraitdən asılı olmayaraq, istənilən halda klubumuzun mənafeyini qoruyacağıq. Etirazımız olanda dilə gətirəcəyik. Yenə də böyüdüləsi nəsə yoxdur.

- Onda da belə fikir formalaşa bilər ki, haqlı AFFA tərəfidir…
- Biz elə düşünmürük. Nəticədə bizim davranışımızda ağır şərəf və ləyaqəti alçaltmaqdan söhbət gedə bilməz. Biz sadəcə klubun fikirlərini dilə gətirdik ki, oyun təxirə salınsın. İstədiyimiz çox böyük şey deyildi. Amma ola bilsin ki, uyğun zaman və mövqedə olmadı. Başqa-başqa səbəblər vardı. AFFA da ölkə futboluna nəzarət edir. Onlar belə uyğun hesab etdilər. Ona görə böyüdüləsi məsələ deyildi.

- Bəlkə bu bəyanat sırf şübhəli hakimliklə bağlı idi…
- VAR sistemini ona görə gətiriblər ki, hakim də insandır, görməyə bilər. Əsla belə şey düşünmədik. Bəzi məqamları görməyə bilər deyə belə müraciət etdik. Klubun istəyidir, dünyanın sonu deyil ki... Biz istədik, onlar da yox dedi. Oldu, bitdi.

- Bəs AFFA sizdən fakt istədi?
- Yəqin konkret oyunla əlaqədar istəyiblər. Ondan sonra görüşümüz və normal dialoqumuz olub. AFFA-nın yeni baş katibi ilə görüşmüşük. Nüanslara aydınlıq gətirilib, ciddi mövzu yoxdur. Azarkeşlərimizə də səslənirik ki, narahat olmasınar, “Turan Tovuz”un maraqlarını hər halda, hansı şəraitdə olsa da qoruyacağıq. Amma burda böyüdüləsi mövzu yoxdur. Cəriməyə görə narahat olmasınlar.

- Sosial şəbəkələrdə belə reaksiyalar verildi ki, sponsor gəlib, bu tip şeylərə görə klubdan küsdürə bilər. Belə hal baş verə bilər?
- Əsla. Dediyim kimi, üzüldüyüm səbəb dialoqumuzun ən yaxşı vəziyyətindəikən olmasıdır. Yeni qərarlar var, strateji plan qəbul olunub. Biz klublar olaraq dəstək olmalıyıq. Onların icrasında nəticəsini görməliyik. Əsla özümüzə qarşı qərəzli mövqe görmürük. Əksinə daha müsbət, pozitiv addımlar müşahidıə edirik. Bundan sonra yenə hakim səhvləri olsa, etirazımızı bildirəcəyik. Yaxşı şeyləri o qədər az dilə gətirirk ki... Əvvəl bildirdiyim kimi, Hakimlər Komitəsininə gözəl təyinat olub. Keçənillə bu ili müqayisə etmək lazımdır. Addım-addım baxmalıyıq. Keçən illə bu il hakimlər nəzərindən, Hakimlər Komitəsindən oyunlar haqda fikirlər bildirməsinə nəzərən irəliləyiş var. Açıq-aşkar hər şeyi deyirlər. Bəzən suallar cavabsız qalır, hər şeyi də deyə bilməzlər. Səssiz durmaları belə özümüzə mesajdır ki, biz haqlı mövqedəyik. UEFA-nın təlimatları var ki, hakimlərin səhvləri çox qabardılmasın. Ona hörə də hər şeyə reaksiya verilməməsini də anlayışla qarşılayırıq. CBC Sport komandasına da narazılığımız yox idi. Hava şəraitini biz də görürdük. Mən də oyuna gedə bilməmişdim. Onlar çox ciddi işlər görür, əziyyət çəkirlər. Ağlımıza gələn ən son şey çəkilişin niyə gəlməməsi deyildi. Sadəcə oyun nədən ötrüdür, onlar baxmaq istəyirdi. Biz dedik ki, azarkeşlər də izləsin. Bu da oldu, keçdi.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?