son dəqiqə SON DƏQİQƏ
“Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir?

Aslan Kərimov Füzuli Məmmədova inanır - AÇIQLAMA

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 24-04-2025, 12:25

I Liqada çempionatın bitməsinə 5 tur qalıb.

“Qəbələ” XXII turda səfərdə “İmişli”yə məğlub olmaqla çempionluğunu rəsmləşdirə bilmədi. “Karvan” Şamaxıda xal itirdi, “Qaradağ Lökbatan” isə xeyli vaxtdan sonra qələbə qazandı.

Bəs, son 5 turda gedişat necə olacaq? “Qırmızı-qaralar” çempionluğunu erkən rəsmləşdirə biləcək? Çempionatda qalmaq uğrunda mübarizədə “Cəbrayıl”, “Mingəçevir”, “Difai” və “Qaradağ Lökbatan”dan kim daha şanslıdır?

Suallarımızı Aslan Kərimova ünvanladıq. Mütəxəssis Sport1.az-a açıqlamasında bunları söylədi:

“Qəbələ” praktik olaraq çempionluğunu təmin edib. Qalıb bunu rəsmiləşdirmək. Onlar “İmişli”yə məğlub olmasaydılar, artıq çempion idilər. Məncə, ilk “3-lüy”ün adları bəllidir. “Karvan” ilə “İmişli”nin ən yaxın izləyicisi “Zaqatala”dır. Onların 3-cü pilləyə çatması mümkünsüzdür. I Liqanı hazırda maraqlı edən 4 komandanın – “Cəbrayıl”, “Difai”, “Mingəçevir” və “Qaradağ Lökbatan”ın çempionatda qalmaq uğrunda mübarizəsidir. Sadaladığım ilk 3 kollektivin xalları bərabərdir. Lökbatanlılar isə onlardan 3 xal geri qalır. Klublar arasında ən şanslısı “Mingəçevir”dir. Onların həm investisiyası, həm baza-infrastrukturu, həm də yeni baş məşqçi nəfəsi var. Düşünürəm ki, qarşıdakı 5 oyunda Füzuli Məmmədovun komandası I Liqada yerini təmin edəcəklər. Hazırkı turnir cədvəlinə baxsaq, “Qaradağ Lökbatan” çempionatı tərk etməyə yaxındır. Amma dəqiq nəsə demək olmur. Çünki 5 oyun 15 xal deməkdir və autsayderlər arasında istənilən komanda yerdəyişmə edə bilər. Mövsüm bitənə qədər I Liqada qalmaq uğrunda gərgin mübarizə gedəcək”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR