son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

"Yaponiyanın bizdən qorxduğunu hiss etdim"

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 15-06-2026, 11:25

Niderland millisinin baş məşqçisi Ronald Kuman DÇ-2026-nın qrup mərhələsində Yaponiya ilə 2:2 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.


Sport1.az "Footmercato"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin oyuna ehtiyatla başladığını bildirib:


“Oyundan sonra bir qədər məyus oldum: iki dəfə öndə olub rəqibin hesabı bərabərləşdirməsinə icazə vermək məyusedicidir. Amma sonda, aydın düşüncə ilə heç-heçəyə normal yanaşıram.


Düşünürəm ki, Yaponiya böyük oyunlarda qalib gəlməyə qadir olan əla komandadır, amma biz daha yaxşı idik. Hətta oyunun böyük bir hissəsində bizdən qorxduqlarını hiss etdim.


Bir matçda hər şeyi idarə etmək mümkün deyil. Qalib gəlmək istəyirdim - bu, komandaya rahatlıq gətirir. Amma Yaponiya güclü komanda olaraq qalır, hər şey yaxşıdır, irəliləyə bilərik. İndi bu həftə İsveçə qarşı özümüzü doğrultmağın vaxtıdır”.


Qeyd edək ki, Dallasda keçirilən qarşılaşmada Niderland iki dəfə önə keçsə də, Yaponiya hesabı bərabərləşdirib. Yekunda tərəflər meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıblar.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR