son dəqiqə SON DƏQİQƏ
“Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq" "Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik" "Neftçi" Bolqarıstanda "Xankəndi"də yeni təyinat Neymar karyerasını başa vurdu Azərbaycan klubu braziliyalı məşqçi ilə müqavilə imzaladığını açıqladı AMADA-nın icraçı direktoru tələbələrlə görüşüb "Bununla kifayətlənməyəcəyik" Liqa mərhələsini təmin edən klubların adı müəyyənləşdi Ən məhsuldar gənc futbolçular Sona Ağayevadan qızıl medal "Karvan-Yevlax"dan 2 transfer "Kəpəz" Qətər klubu ilə üz-üzə Azərbaycan Çempionatı keçiriləcək

Vasili Berezutskinin yalanı - ARAŞDIRMA

Bölmə adı Yazı / Manşet
Yayımlandı 11-03-2025, 15:34

Premyer Liqanın 26-cı turunda "Sabah" səfərdə "Şamaxı"ya məğlub oldu - 0:1.

Oyundan sonra keçirilən mətbuat konfransında həmkarım Xanoğlan İmanov ilə "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski arasında maraqlı sual-cavab olub. Həmin sorğu-sualı diqqətinizə çatdırırıq:

- Komandaya gələndən sonra kapitan Elvin Camalova qapını göstərdiniz. Bu gün o, "Neftçi"nin əsas simalarından biridir. Bir neçə gün öncə Şakir Seyidov və Abdulla Rzayev kimi oyunçuları da əvəzedici komandaya göndərmisiniz. Maraqlıdır, yerli futbolçulara olan antipatiyanız nədən əmələ gəlir?
- Heç bir antipatiyam yoxdur. Seymur yenidən əsas heyətdə yer aldı. Xəyal Əliyev həmişə bizdə oynayır. Bu, daha çox oyunçuların keyfiyyəti ilə bağlıdır. Onların əvəzedici komandaya göndərilməsi qərarı mən və məşqçilər korpusu tərəfindən verilib. Bu daha çox onun futbollarının səviyyələri ilə bağlıdır. Bizim istədiyimiz oyuna uyğun olub-olmadıqları ilə əlaqədardır. Bu səbəbdən də hazırda əvəzedici heyətdədirlər. Bir də ki, işə yanaşma çox önəmlidir.

- Abdulla Rzayevə "Neftçi"dən təklif var idi. Futbolçunun sizə lazım olduğunu bildirərək keçidə razılıq verməmisiniz. Bu gün nə dəyişdi ki, Abdulla sizə lazım olmadı?
- Mən bunu nə vaxt demişəm ki? Bu, sadəcə sizdə olan məlumatdır.

Gördüyünüz kimi, rusiyalı futbolçuların keyfiyyətlərində problem olduğu üçün əvəzedici heyətə göndərildiyini bildirir. Bu məlumat bizim redaksiyamıza da daxil olmuşdu. Bir qədər araşdırma apardıqdan sonra bəlli oldu ki, jurnalist Xanoğlan İmanov xəbəri çalışdığı "Sportinfo.az" saytında yayımlayıb. İstinad mədəniyyətini pozmayaraq məlumatı yenidən dərc etmədik. Bizə informasiyanı verən mənbə iddia edir ki, Abdulla Rzayevi qış "transfer pəncərə"sində "Neftçi" icarəyə götürmək, ya da transfer etmək istəyib. "Sabah" rəhbərliyi keçidin baş tutmasına razılıq verib. Lakin baş məşqçi bu fikirdə olmayıb. Rusiyalı Abdullanın ona lazım olduğunu bildirib. İndi isə Berezutski həmkarımızın məlumatını yalanlayır.

Gəlin, görək məşqçi özü yalan danışır, ya yox? Məsələ ilə bağlı kiçik araşdırma etdik. Abdulla Rzayevin məxsus olduğu FMA şirkəti ilə əlaqə saxladıq. Kompaniyanın üzvlərinə bir neçə sual ünvanladıq:

"Qış "transfer pəncərəsi"ndə "Neftçi" Abdulla Rzayevlə maraqlanıb? Baş məşqçinin bu məsələdən xəbəri olub? Abdulla Rzayevin "Neftçi"yə keçidi niyə baş tutmayıb?

FMA şirkətinin rəsmi mövqeyini diqqətinizə çatdırırıq:

"Neftçi" qış "transfer pəncərəsi"ndə Abdulla Rzayevlə maraqlanıb. Bunu "Sabah" rəsmiləri də gözəl bilirlər. Məşqçinin özü də məsələdən xəbərdardır. "Neftçi" oyunçunu icarəyə götürmək istəyirdi. "Sabah" rəhbərliyi keçidə razı olmadı. Çünki Vasili Berezutski deyib ki, mənə bu oyunçu lazımdır. Heç yerə icarəyə vermirəm. Çünki müdafiənin sağında oynadacaq başqa futbolçum yoxdur. Hətta 1 ay yarımdan çox müddətdə danışıqlar getdi. Bundan əlavə, Krunoslav Renduliçin vaxtında da "Neftçi", "Turan Tovuz", "Araz-Naxçıvan" oyunçunu icarəyə götürmək istəyirdi. Hətta tovuzlular futbolçunu transfer etmək niyyətində idilər. Həmin vaxt da "Sabah" keçidə razılıq vermədi. Yenə bildiririk, qış "transfer pəncərəsi"ndə "Neftçi" Abdullanı icarəyə götürmək istəyirdi. Məşqçi bildirdi ki, futbolçu mənə lazımdır. Oyunçunun özü də rusiyalı ilə danışıb. Futbolçu "Sabah"da xoşbəxt olmadığını bildirib. Çünki Abdulla əsas heyətdə meydana çıxmaq istəyirdi. Lakin baş məşqçi deyib ki, sən bizə lazımsan!"

Bu da şirkətin rəsmi mövqeyi. Cənab Berezutski, özünüzü haqlı çıxartmaq üçün niyə yalan danışırsınız? Desəydiniz ki, əsas rəqibimizi gücləndirməmək üçün bu addımı atdıq sizi şəxsən alqışlayardım. Hətta milli səviyyəli oyunçunu məhv etməyinizə də göz yummaq olardı. Lakin yalan danışmağa gərək yox idi.

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR