11:42 17.03.2025 505

"Milliyə çağrılmağım üçün daha çox oynamağım lazımdır" - Ayxan Hüseynov

Dünən Misli Premyer Liqasının 27-ci turunda "Turan Tovuz" "Sumqayıt"a məğlub oldu - 1:2.

Qarşılaşmadan sonra meydan sahiblərinin üzvü Ayxan Hüseynov jurnalistlərin suallarını cavablandırdı.

Sport1.az həmin müsahibəni təqdim edir...

- Vacib oyunda məğlub oldunuz. Matçda çətinlik çəkdiniz. Oyun haqda nə düşünürsən?
- Məncə, qarşılaşmaya yaxşı başlamışdıq. Qol epizodları yaratdıq, amma fərqlənə bilmədik. Komanda olaraq ucuz səhvlər etdik. Çətin qollar vururuq, asanını buraxırıq. "Sumqayıt"ın 2 şansı oldu. Hər ikisi də öz səhvimiz idi. Bəxtimiz gətirmədi. Faiq ofsayta düşdü. Oyunçu topu boş qapıdan çıxartdı. Rəqibin qapıçısı da əla oyun keçirdi. Qalib gəlmək istəyirdik, amma alınmadı.

- Bəlkə də meydandan daha yaxşı görünürdü. Topun xətdən çıxarıldığı epizod barədə nə deyə bilərsən? Qol idi?
- Künc zərbəsini mən yerinə yetirdim. Qayda belədir ki, top xətti tam keçməlidir. Bunun olduğunu 100 faiz deyə bilmərəm. Həmin epizodun qol olduğunu düşünürəm. Ola bilər ki, topun millimetri qapıdan keçməmişdi. Bəlkə də buna görə qol sayılmadı.

- Matçlarda çox çətinlik çəkirsiniz. Bunun səbəbi nədir?
- İlk dəqiqələrdən oyuna yaxşı başlayırıq. Ya da oyunun əvvəlindən matça pis başlayırıq. Bizdə stabillik yoxdur.

- Tovuzdakı görüşlərdə matça yaxşı başlayırsınız. Sonra nəsə olur, komanda səhvə yol verir və lazımsız xal itirir. Bunun səbəbi nədir? Bəlkə azarkeşlərinizə qələbə sevinci yaşatmaq istəyinizin çox olması sizə mane olur?
- Fanatlarımızı çox sevirik. Onlara ancaq sevinc yaşatmaq istəyirik. Azarkeşlər bizim 12-ci oyunçularımızdır. Onlara sevinc yaşatmaq istədiyimizə görə arada konsentrasiyamızı itiririk. Ucuz səhvlər edərək qollar buraxırıq.

- Çempionatda çıxış edən komandalar fasiləyə yollandı. Qarşıda millinin yoxlama görüşləri var. Millidə bəzi dəyişiklər oldu. Hətta I Liqada çıxış edən tutbolçu yığmaya dəvət olunub. Sən niyə çağrılmadın? Bu dəfə dəvət olunacağına ümid edirdin?
- (gülür). Şükürlər olsun ki, Azərbaycan vətəndaşlığını ala bildim. Milliyə çağrılmağım üçün daha çox oynamağım lazımdır. Bu gün mövsüm ərzində ilk dəfə idi ki, 90 dəqiqə meydanda oldum. Digər oyunlarda daha az oynamışam. Bu səbəbdən də öz üzərimdə çox çalışmalıyam. Milliyə çağrılmaq üçün bütün oyunlarda meydana çıxmalıyam.

- Belə başa düşdüm ki, milliyə çağrılmamağının günahını özündə görürsən?
- 100 faiz.

- Bəzən elə olur ki, öz komandasında mütəmadi oynamayan futbolçuları milliyə çağırırlar. Sən az oynasan da, faydalı iş əmsalın yüksəkdir. Belə olan təqdirdə, milliyə niyə dəvət olunmursan?
- Mənə çox maraqlıdır ki, bu necə olur? Bu barədə dəhşət fikirləşirəm. Oyunçu zədəli olub, ya az oynayıb, amma milliyə çağrılıb. Görürsən ki, iki fərqli futbolçu var. İkisi də az oynayıb, amma biri çağrılır, digəri yox. Niyə? Bunu heç cür anlaya bilmirəm.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

19:56

“Göygöl”ün futbolçusu mükafatlandırılıb

19:27

Yunanıstan klubu baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ

18:50

Elmin Bayramov mükafatlandırılıb

18:37

3 boksçumuz Dünya kubokunun yarımfinalında

18:00

Türkiyə millisinin sabiq futbolçusu karyerasını bitirdi

17:33

İki oyuna 200 min avro

17:17

24 illik rekordu yenilədi

17:07

"Şəfa"da yeni müqavilə - RƏSMİ

16:50

"Barselona" ispan futbolçu üçün hərəkətə keçdi

16:28

Şahmatçımız Karlseni məğlub etdi

16:06

İrandan FİFA-ya şikayət

16:06

Xorvatiyalı futbolçu Azərbaycan klubunda

15:49

PSJ-nin futbolçusu "Asenal"ın hədəfində

15:30

Paytaxt klubu 40 milyonluq transferə hazırlıq

15:05

220 milyon avroluq təklif

15:00

Millimiz Latviya və Çexiya ilə eyni qrupda

14:54

Bölgə klubu anqolalı futbolçu ilə müqavilə imzaladı

14:39

Cüdoçularımızdan qızıl və bürünc medal

14:29

Əşrəf Haimi məhkəmə qarşısına çıxacaq

14:04

Gürcüstanlı futbolçu nəhəng klublarında radarında

13:45

"Sabah"ın baş məşqçisi: "2 oyunda hər şey baş verə bilər

13:30

Kanadalı futbolçu tarixə düşdü

13:04

“Qarabağ”la oyunu ləğv etdilər

12:50

“Araz-Naxçıvan”dan ayrılan Demçenkonun yeni iş yeri

12:27

“Qarabağ”la oyuna görə azarkeşlərə müraciət

12:03

DÇ-2026: Günün oyunları

11:48

Ayağında iki sümük sınığı aşkarlandı

11:31

"Liverpul"dan yeni transfer

11:02

Niderland millisinin üzvü klubunu dəyişdi

10:50

DÇ-2026: Ən çox hansı klubların futbolçuları qol vurub?

10:29

"Səbail"də yeni baş məşqçi - RƏSMİ

10:01

APOEL-dən Mahir üçün təklif

09:39

Mundialda ikinci het-trik

09:15

DÇ-2026: Meksikadan ikinci qələbə

09:00

DÇ-2026: Kanadadan altı cavabsız qol

00:57

DÇ-2026: İkinci tura start verilib - YENİLƏNİR

23:57

“İnter” baş məşqçisi ilə bağlı qərarını verdi

23:31

Liqa 1-dən Bundesliqaya - RƏSMİ

22:54

“Şəfa” onlarla bağlı qərarını verdi - RƏSMİ

22:16

Bölgə klubunda yeni müqavilə

21:37

La Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

20:57

İdmançımız IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

20:38

“Şahdağ Qusar”dan növbəti transfer - RƏSMİ

20:27

La Liqa klubundan “Fənərbaxça”ya

19:58

Cahangir Fərəcullayevə UEFA-dan yeni təyinat

19:32

Fransa millisinin üzvü “Real”da - RƏSMİ

19:12

“Araz-Naxçıvan”da yeni müqavilə

18:44

“Sabah”ın futbolçusu Gürcüstan klubunda - RƏSMİ

18:27

ÇL: “Neftçi”nin rəqibi bəlli oldu

18:00

"Zirə"nin hazırlıq planı dəqiqləşdi

17:31

Hansı oyun, hansı kanalda? - TV AFİŞA

17:07

Martines Ronaldonu əvəzləməməsinin səbəbini açıqladı

16:50

Tuxeldən FİFA-ya şikayət

16:30

Özbək futbolçudan rekord

16:06

Keyn Linekerə çatdı

15:39

PSJ-nin üzvü İngiltərə yolunda

15:15

Boksçu faciəvi şəkildə vəfat etdi

14:53

Tarixdə ikinci

14:27

Fransa millisində itki

14:19

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı - RƏSMİ

14:04

Təmsilçilərimiz Dünya Seriyasının III mərhələsində

13:48

“Neftçi” braziliyalı futbolçu transfer edir

13:31

Fernandes bu klubla anlaşdı

13:09

“Difai”də yeni baş məşqçi

13:00

"Səbail" baş məşqçi ilə vidalaşdı - RƏSMİ

12:50

"Sabah"dan ayrılan legioner bu klubla anlaşdı

12:29

Ronaldonun 10 oyunluq uğursuzluğu

12:02

Bölgə klubundan transfer

11:38

"Qarabağ"ın rəqibi qalib gəldi

11:01

Sarayevoda altı medal