son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Federasiyada yeni komitə yaradıldı

Bölmə adı Güləş
Yayımlandı 16-06-2026, 13:30

Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsi yaradılıb.


Sport1.az xəbər verir ki, AGF-nin baş katibi Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan ilk iclasda komitənin təşkilati məsələlərinə baxılıb. Qərara əsasən, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov komitənin sədri, AGF-nin baş katibinin müavini Aydan Məmmədhəsənova isə katibi seçilib.


Komitənin tərkibində AGF-nin Nümayəndəliklərlə iş şöbəsinin müdiri Elfaq Səfərov, İdman şöbəsinin mütəxəssisi Yaqub Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vahid Məmmədov və sərbəst güləş üzrə milli komandanın məşqçisi Arif Abdullayev üzv qismində təmsil olunurlar.


İclas zamanı komitənin fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Fəaliyyət planına güləş üzrə veteranların müəyyənləşdirilməsi meyarlarının hazırlanması, onlara göstərilən diqqət və qayğının artırılması, eləcə də güləş irsinin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən təşəbbüslər daxil edilib.


Bununla yanaşı, komitənin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər səsləndirilib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Güləş ictimaiyyətinin müxtəlif nümayəndələrinin prosesə cəlb olunması və federasiya ilə veteranlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi əsas prioritetlərdən biri kimi vurğulanıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR