İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

Bölmə adı Karate
Yayımlandı 14-06-2026, 22:36

Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən Karate1 Premyer Liqasında Azərbaycan Karate Federasiyasının milli komandasının üzvü İrina Zaretska qadınların -68 kiloqram çəki dərəcəsində qızıl medala layiq görülüb.


Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.


Nüfuzlu beynəlxalq turnirdə uğurlu çıxışı ilə seçilən karateçi final görüşünü inamlı qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.


Azərbaycan milli komandası yarışda millinin böyük məşqçisi Rəşad Hüseynovun rəhbərliyi altında çıxış edir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR