
Kiprin “Omoniya” klubunda çıxış edən Jali Muaddibin adı yenidən “Qarabağ”la hallanır.
Sport1.az-ın yerli mediaya istinadən yaydığı məlumata görə, fransalı vinger son oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
25 yaşlı futbolçudan “Qarabağ”a mümkün transferi barədə soruşulduqda, o, bu mövzuya münasibət bildirmək istəmədiyini deyib.
Kipr mətbuatında yer alan xəbərlərdə isə Jali Muaddibin artıq “Qarabağ”la razılığa gəldiyi iddia olunur. Bildirilir ki, futbolçunun “Omoniya” ilə müqaviləsi cari ayın sonunda başa çatacaq və o, Azərbaycan təmsilçisinə azad agent statusunda qoşulacaq.