18:13 11.08.2025 195

"Şkendiya" da çox iddialıdır" - Qurban Qurbanov

"Çox vacib oyundur. Çünki rəqib də çox iddialıdır. İstəklidirlər, döyüşkəndirlər. Buna görə də sabah ola bilər ki, çox güc sərf edək".

Sport1.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Şkendiya" ilə cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

O, Şimali Makedoniyada 1:0 hesabı ilə qalib gədlikləri rəqiblə görüşə yaxşı hazırlaşdıqlarını bildirib: "Çox intizamlı oynamağa çalışmalıyıq. Futbolçularla danışmışıq. Yaxşı, maraqlı oyun olacaq. Hər iki komanda ilk görüşün nəticəsinə görə, qalib gəlməyə qadirdir. Bizim bir balaca üstünlüyümüz var, irəlidəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik.

"Şkendiya" FKSB ilə iki oyunda qalib gələn komandadır. Hamı düşünürdü ki, FKSB qalib gələcək, Amma "Şkendiya" qələbə qazandı. Öz döyüşkənlikləri və xarakterləri ilə bunu bacardılar. Meydanda da şahid olduq. Sabah çox mobil komanda olmalıyıq, bərk durmağı bacarmalıyıq".

Q.Qurbanov Kadi Borgesin ilk matçdakı intizamsız oyununun, qeyri-peşəkar davranışlarının səbəbi nədir?" sualına da cavab verib: "Bəlkə də daha ağır sözlər işlətdiniz. Həm intizamsız, həm qeyri-peşəkar...Amma əslində, belə deyil. Futbolçularımın hamısı son vaxtlarda həm məşqdə, həm oyunlarda istəkli, intizamlıdırlar. Kadi daha çox texnikalı oyunçudur. Bəlkə də top itkilərinin çox olduğunu fikirləşirsiniz. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Son vaxtlarda Avropa futbolunda komandalara baxsaq, top itkiləri çoxalıb. Futbol fərqli olmağa başlayıb. Kadiyə verilən tapşırıq var idi. Topsuz oyunda, müdafiə planında, bəzi hücumların qurulmasında taktiki tapşırıqları düzgün yerinə yetirirdi. Texniki səhvlər qaçılmazdır, həmişə olacaq. Kadinin daha yaxşı olmaq potensialı var".

Baş məşqçi Emmanuel Addainin son vaxtlar qeyri-stabil rejimdə olması qidasına fikir verməməsi ilə bağlı xəbərlərə də münasibət bildirib: "İstənilən futbolçunun hansısa çatışmayan cəhətləri var. Daha çox özündən asılı olmayan.... İstər-istəməz gəldiyi vaxtla indiki arasında çox fərq var. Oyununda yox, işinə yanaşmasında belədir. Bizim istəklərimizi yerinə yetirməsində çox böyük dəyişiklik var. İnsan orqanizmi fərqlidir. O rejimdən bizim Azərbaycan mətbəxinə düşüb. Həmişə dünyanın ən ləzzətlisi Azərbaycan mətbəxidir. Həqiqətən elədir. O da gəlib, bu cür yeməkləri görür, yeməklərə həvəsli olur. Əvvəl də var idi. Onu yeməklə bağlı kiçik cərimələr də etmişik (gülür). Bəzi insanlar fərqli, həssas olurlar. Gözümüz onun yediyi yeməkdə deyil. Bəzi narazılıqlar olub. Amma son vaxtlar hər şey qadasındadır. Özüm də bu yolu keçmişəm. İnsan bir həftə-10 gün yaxşı rejimdə olanda, iştahı çoxalır, yaxşı yeməklər yemək istəyir. Dəyişiklik çox olub. Ciddi problem deyil. Çox şey yaxşılığa doğru gedir".

Q.Qurbanov Moskva "Spartak"ı ilə adının hallanmasına isə qısa cavab verib: "Xeyr, təklif olmayıb".

Q.Qurbanov klub prezidenti Tahir Gözəlin hücum xəttinin gücləndiriləcəyi ilə bağlı açıqlamasına və Andre Klovisin mümkün transferi ilə bağlı da aydınlıq gətirib: "Çox fubtolçu var ki, transfer siyahımızdadır. Onlardan biri də Klovisdir. Hamısına baxılır, müzakirə olunur. Bu gün desək ki, sabah onu gətiririk, doğru olmaz. Belə məlumat yoxdur. Danışıq gedən futbolçular çoxdur. Transfer siyasəti elədir ki, bazarda satılmır ki, pulu verib gətirəsən. Nə qədər hücumçu transfer etmişik. Bir o qədər də yanılmamışıq. Yaxşı oyunçu gətirməyin həm üstün tərəfi, həm də bizə zərbə vuran tərəfi var. 3-5 yaxşı oyun oynadı, təkliflər başlayır və oyunçunu itiririk. Onu komandadan gedəndə itirmirik, amma bizdə olanda itirirk. Hansısa kluba "yox" cavabı verəndə, futbolçunun əhvalı korlanır. Hücumçuları alıb, sonra satmışıq. Dino Ndolovunu, İbrahima Vadjini, Juninyonu satdıq, Mahir Emreli getdi. Bunun həm yaxşı tərəfi var, digər tərədən isə bizə mane olur. Kollektiv formalaşdırırsan, oyun üslubu qurursan. Sabah birdən-birə oyunçunun əhvalı pozulur, başlayıram problem yaşamağa. Nəinki tək hücumçu, həm orta xətt, həm sol-sağ vinger, həm müdafiə üçün də oyunçu axtarırıq. Bir hücumçu gətirməklə dayanmayacağıq. Elə addım atmaq istəyirik ki, oyunçu və bizim üçün tam faydalı olsun. Təzyiqlər çoxdur, hamı hücumçu gözləyir, istəyir. İllərdir ki, hər il bunun müzakirəsini görmüşük. Son vaxtlar Klovislı bağlı çox məlumatlar gedir. Bizdən asılı olmayan şeylər var. Tək bir oyunçunu düşünmürük, kollektivi, gedişatı düşünürük. Kənardan çox rahat görünə bilər, amma işin içində elə detallar var ki, onu da nəzərə almalıyıq. Burada nə üçün işləyirik? Sizləri, azarkeşləri sevindimrək üçün. Futbolçularıma da bəzən deyirəm ki, biz illərdir lider olmaq istəyirik, liderlər sırasındayıq. Hər komanda bunu saxlaya bilmir. O qədər ölkələrin çempionları var, çempion olur, sonra 13-14-cü yerdə olurlar. Böyük beşlikdə də belə hallar baş verir. Ronaldo getdi, ikinci Ronaldo nə vaxt tapdılar? Ya da, Messi. Liderlərin problemi öndə olur, həm də asan olmur. Əlimizdə olanı qoruyub-saxalamlıyıq ki, oyun sistemimiz pozulmasın, nəticələrimiz ən azından olduğu kimi qalsın. Kreativ oyunçu axtarmağa daha çox vaxt ayırmışıq. Juninyonun xətrini çox istəyirəm, xarakterlidir. İspaniyadan, Braziliyadan təklif gəldi, onu itirdik. Onu et, bunu et deyirdik, edə bilmirdi. İstəyirdi. Amma psixoloji məsələ idi. Azarkeşlərimizə bildirim ki, narahat olmasınlar, çalışırıq, bütün detallara fikir verərək, oyunçu götürürük. Elə nüanslar var ki, bir-birimizə mane olur. Axtarışdayıq. Transfer pəncərəsinin son gününə kimi işimizi davam etdirəcəyik".

Q.Qurbanov sabiq futbolçusu Muarem Muaremlə Şimali Makedoniyadakı görüşü ilə bağlı da danışıb: "Kökəlmişdi. Qəlbimizdə böyük yeri var. Eləcə də bütün futbolçuların. Sizin bilmədiyiniz şeylər çoxdur. Kollektivdə hansı ürəklə çalışırlar, bu adı başa düşərək nə cür hazırlaşırlar".
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?