Millimizin oyunlarından biri Bakıda, digəri Gəncədə

Bölmə adı Futbol / Millətlər Liqası
Yayımlandı 1-07-2026, 15:05

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.


Sport1.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, D Liqasında mübarizə aparacaq yığma oktyabrın 1-də Lixtenşteyn seçməsini Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.


Komanda oktyabrın 4-də isə Litva kollektivi ilə Gəncə şəhər stadionunda üz-üzə gələcək. Qarşılaşmanın start fiti isə saat 17:00-da səslənəcək.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR