son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Diniyev “Kəpəz”də - ÖZÜ AÇIQLADI

Bölmə adı Kəpəz / Özəl / Manşet
Yayımlandı 1-07-2026, 19:52

“Kəpəz”də yeni dövr başlayır.

Klubun həm rəhbərliyi, həm də baş məşqçisi dəyişdi. 2026/27 mövsümündə gəncəliləri Azər Məmmədov çalışdıracaq. Mütəxəssisin köməkçilərindən biri də bəllidir. Redaksiyamıza daxil olan məlumata görə, Kərim Diniyev cari “futbol ili”ndə Azər Məmmədovun yanında olacaq.

Gəncə klubuna keçidi ilə bağlı gənc mütəxəssisin fikirlərini öyrəndik. Kərim Diniyev Sport1.az-a açıqlamasında Azər Məmmədovun köməkçisi olması ilə bağlı münasibətini bildirdi:

“Təklif şəxsən ondan gəldi. Buna görə Azər Məmmədova təşəkkür edirəm.
Əsas vəzifəm komandanın uğurlu çıxışı üçün Azər müəllimə kömək etmək olacaq”.

Gənc mütəxəssis Gəncə təmsilçisində işləməyin onun üçün asan olub-olmayacağı haqqında da danışdı:

“Bu, mənim məşqçi kimi ilk Premyer Liqa təcrübəm deyil. 3 mövsüm “Səbail”də Şahin Diniyevin köməkçisi olmuşam. Sonra isə I Liqa klublarında işləmişəm. Gəncədə nəinki mənim üçün, heç kim üçün işləmək asan deyil. Çünki ora futbol şəhəridir. Oranın sakinlərinin əksəriyyəti bu idmanı yaxşı bilir. Əlbəttə ki, son illərdə göstərilən nəticələr, Gəncə kimi şəhərin adına layiq deyil. “Kəpəz” layiq olduğu yerlərə qalxmalıdır. Burada futbolçu kimi 3 mövsüm keçirmişəm. Buradan çox xoş təəssüratlar yadımda qalıb.

İnşallah, azarkeşlərimizin dəstəyi ilə yeni meydanımızda qələbələr qazanacağıq”.


HƏLİMƏ ƏLİYEVA

Müəllif: Həlimə Əliyeva
OXŞAR XƏBƏRLƏR