
“Qarabağ” yay üçün yeni legioner transferinə hazırlaşır.
Sport1.az xəbər verir ki, “Africa Soccer”un yaydığı məlumata görə, Ağdam təmsilçisi Kiprin “Omoniya” (Aradippu) klubunda çıxış edən Jali Muaddibi heyətinə qatmaq niyyətindədir. Mərakeş əsilli fransalı futbolçu ilə razılıq əldə olunub və transferin yay “transfer pəncərəsi”ndə reallaşacağı gözlənilir.
25 yaşlı sol cinah hücumçusu Fransanın “Lill” akademiyasının yetirməsidir. O, karyerası ərzində “Anje”nin ikinci komandasında və Rumıniyanın “Botoşani” klubunda da çıxış edib. Futbolçu həmçinin Fransanın U-19 millisinin formasını geyinib.
Qeyd edək ki, Muaddib cari mövsümdə “Omoniya” (Aradippu) heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.