01:21 21.03.2026 297

"Neftçi" Murad Məmmədovun transferindən pul qazanacaq? – Klub rəhbəri AÇIQLADI

Misli Premyer Liqasının 25-ci turunda "Neftçi" - "İmişli"ni darmadağın etdi - 6:0.


Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın baş icraçı direktoru Cenk Sümer jurnalistlərin suallarını cavablandırıb.


Həmin müsahibəni təqdim edirik...


– Oyun haqqında fikirləriniz maraqlıdır.

– Azərbaycan xalqını və "Neftçi" azarkeşlərini təbrik edirəm. Çox gözəl oyun oldu. İstədiklərimizi meydançaya yansıtdıq. Futbolçularımızdan gözlədiyimiz performansı bu oyunda gördük. Rəqibimizi də təbrik edirəm. Onlar da əllərindən gələni etdilər. Sadəcə, nəticədə keyfiyyət fərqi özünü göstərdi. Çətin günlər keçirmişdik, artıq Novruz bayramı ilə birlikdə bayram əhval-ruhiyyəsindəyik. Bahar gəlir, oyunlarımız da yaxşılaşır və daha da yaxşı olacaq. Bu da bizi rəhbərlik olaraq sevindirir. Futbolçularımıza sonuna qədər güvənirik. Hədəfimiz var. Avrokuboklara vəsiqə qazanmaq istəyirik.


– Demək olar ki, komanda ilk dövrədə itirdiyi 5 xalın əvəzini bu oyunda çıxardı?

– Bəli, bunun fərqində idik. Rəqibimiz müdafiə və orta xəttdə yaxşı oynayan komandadır. Tək bizə qarşı yox, digər oyunlarda da bunu göstəriblər. Biz isə rəqibi təhlil etdik və məşqçilərimiz komandanı yaxşı hazırladı. Bəzi çatışmazlıqlarımız var idi. Sambu, Abubakar, Sako müəyyən problemlər yaşayırdı. Buna baxmayaraq, xüsusilə Varqas və yeni transferimiz Breno özlərini yaxşı göstərdilər. Emil Səfərovu ayrıca qeyd etməliyik. Nəhayət gözlədiyimiz Emili meydanda gördük. Bu, həm bizim, həm də milli komanda üçün vacibdir. O, artıq milliyə dəvət alıb. Ümumilikdə, yerli oyunçularımızın inkişafı bizi sevindirir. Baş məşqçimiz gənclərə şans verən mütəxəssisdir və yeni oyun modeli formalaşdırır.


– Mövsümün sonunda müqaviləsi bitən futbolçularla bağlı işlərə başlanılıb?

– Hazırda əsas məsələ mövsümü hansı yerdə bitirəcəyimizdir. İlk "dördlük"də yer alıb avrokuboklara vəsiqə qazansaq, ona uyğun transfer siyasəti aparacağıq. Məqsədimiz komandanı yenidən qurmaq deyil, mövcud heyəti gücləndirməkdir. Qış "transfer pəncərəsi"ndə də gördünüz ki, cəmi bir oyunçunu heyətə cəlb etdik. Komandanı şişirtmək yox, faydalı futbolçular cəlb etmək istəyirik. Bu proses baş məşqçinin planı ilə həyata keçiriləcək.


– Murad Məmmədovun transferi ilə bağlı son vəziyyət necədir?

– "Pafos" tərəfindən ciddi maraq var. Murad da legioner olmaq istədiyini əvvəldən bildirmişdi. Biz ona dəstək olduq. Çünki Murad akademiyamızın yetirməsidir. Hədəflərini gerçəkləşdirmək istəsə, buna hörmətlə yanaşırıq. Transfer olunsa, onu qürurla yola salacağıq və daim izləyəcəyik.


– Müqaviləsi bitdiyi üçün klubun qazanc əldə etməsi çətin görünür. Bu məsələ necə həll olunacaq?

– Azad agent statusunda olan futbolçunu transfer etmək daha rahatdır. Amma burada "yetişdirmə haqqı" məsələsi var. Bu, kifayət qədər ciddi məbləğdir. Bizim əsas istəyimiz Muradın Azərbaycanı və "Neftçi"ni xaricdə təmsil etməsidir. Bu, digər gənclər üçün də motivasiyadır. Əlbəttə, transferdən gəlir əldə etmək istərdik, amma əsas məqsəd futbolçunun inkişafıdır. Bu mövsüm daha çox şans qazandı və özünü göstərdi. İnanırıq ki, gələcəkdə milli komandada da əsas oyunçulardan biri olacaq.



– Baş məşqçi Yuri Vernidub növbəti mövsümdə komandada qalacaq?

– Hazırda işlər istədiyimiz kimi gedir. Onunla davam etmək üçün danışıqlar aparırıq. Məşqçidən razıyıq, o da bizdən razıdır. Komandaya gec qoşulmasına baxmayaraq, ruh və enerji qatdı. Amma hazırda əsas məsələ müqavilə deyil, mövsümü hansı yerdə bitirəcəyimizdir. Yuri müəllim də Bakıda xoşbəxt olduğunu bildirib.



– Komanda avrokuboklara vəsiqə qazansa, Abubakar kimi ulduz transferlər gözlənilənmi?

– "Neftçi" böyük klubdur, burada hər şey mümkündür. Abubakarın transferi təsadüfi deyildi. Gələcək transferlər də məşqçinin istəklərinə uyğun olacaq və büdcə çərçivəsində həyata keçiriləcək. Ulduz transferlər mümkündür, amma bizim əsas məqsədimiz futbolçuları burada inkişaf etdirərək dünya futboluna təqdim etməkdir.



MƏHƏMMƏD HÜSEYNOV

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

19:52

Diniyev “Kəpəz”də - ÖZÜ AÇIQLADI

19:23

DÇ-2026: İngiltərə - Konqo - HEYƏTLƏR

18:58

Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

18:26

“Neftçi” səfər formasını təqdim etdi

18:00

Gəncə təmsilçisində yeni müqavilə

17:50

Tanınmış futbolçu klubsuz qaldı

17:31

Niderland millisi Arne Slota tapşırılır?

17:26

"Şəfa"dan ilk legioner transferi - RƏSMİ

17:07

"Beşiktaş"da ayrılıq - RƏSMİ

16:50

"Qarabağ" böyük hesabla uduzdu

16:29

Klub tarixinin transfer rekordu

16:15

İdmançılarımızın yeni reytinqi - SİYAHI

16:06

"Liverpul"dan transfer - RƏSMİ

15:47

"Barselona"da yeni müqavilə - RƏSMİ

15:31

Türkiyə klubu ölkə çempionatında iştirakdan imtina etdi

15:05

Millimizin oyunlarından biri Bakıda, digəri Gəncədə

14:50

17 qolsuz oyun

14:27

UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi

14:04

Dünya çempionatında 1/8 final üçün daha üç oyun

13:49

“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri

13:31

"Liverpul" və "Arsenal" istəyir, PSJ yox deyir

13:03

AFFA rəsmisinə növbəti təyinat

12:50

Ən çox cəzalanan komanda və futbolçu

12:28

MPL-in ən yaşlı və gənc futbolçusu

12:02

Qazaxıstanda iki medal

11:49

Bakıda Çempionlar Gecəsi keçiriləcək

11:31

6 qat Fransa çempionuna ağır sanksiya

11:01

Mbappe Messini geridə qoydu

10:50

PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı

10:29

40 ildən sonra

10:01

Ronald Kuman istefa verdi

09:45

“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək

09:15

DÇ-2026: Meksika rəqibinə şans vermədi

09:00

Fransa darmadağınla 1/8 finalda

00:28

Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ

23:58

“Neftçi”nin rəqibləri müəyyənləşdi

23:36

Ölkə çempionatına yekun vurulub

22:58

DÇ-2026: Norveç 1/8 finalda

22:31

UEFA “Fənərbaxça”nı cərimələdi

21:34

“Səbail”dən növbəti transfer - RƏSMİ

21:34

“Zirə” Türkiyə klubuna məğlub oldu

20:57

Cüdoçularımızdan Avropa Çempionatında daha iki medal

20:32

Braziliya millisinin üzvü Niderland klubunda

20:13

DÇ-2026: Fildişi Sahili - Norveç - HEYƏTLƏR

19:32

Fərid Qayıbov ”UFC Fight Night“da çıxış edən Azərbaycan idmançıları ilə görüşüb

19:15

“İnter”də üç ayrılıq - RƏSMİ

18:48

Bakıda "Təmiz idman uğrunda" forumu keçirilib

18:23

“Səbail”dən növbəti transfer - RƏSMİ

18:00

İtaliya nəhənginin istədiyi müdafiəçi

17:41

Bölgə təmsilçisindən "Səbail"ə

17:25

"Sabah"da ayrılıq - RƏSMİ

17:16

I və II Liqanın başlayacağı tarix

17:07

PSJ-də yeni müdafiəçi

16:49

İbrahimoviç Kumanı sərt tənqid etdi

16:27

"Neftçi" hazırlığın ikinci mərhələsinə start verdi

16:06

İtaliya klubunda ayrılıq

15:50

Millimizin futbolçuları məşqçiliyə başlayır

15:28

"Monako"nu İngiltərəyə dəyişirlər

15:05

"Bravo"dan "Qəbələ"yə transfer - RƏSMİ

14:48

Millilərimiz EEVZA çempionatında

14:30

Asim Xudiyevə UEFA-dan təyinat

14:04

Braziliyalı oyunçu Gəncə klubunda - RƏSMİ

13:50

Ölkədə istirahət günü elan edildi

13:29

Azərbaycanda şəhərin iki klubu birləşdirildi

13:03

Naqelsman: "İstefa vermirəm"

12:49

15 milyon avroluq tələb

12:32

Millidə 100-cü oyun

12:02

Harri Keyn gələcəyinə aydınlıq gətirdi

11:50

“Sabah”ı ruslara dəyişir

11:29

Bakıdakı turnirdə 11 minədək azarkeş