son dəqiqə SON DƏQİQƏ
İngiltərə millisinin üzvü “Arsenal”da Azərbaycan millisi Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu “Qalatasaray”da ayrılıq Taekvondoçularımızdan Qazaxıstanda 18 medal Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan Çempionatı keçirilib Misli Premyer Liqasında 2-ci turun qarşılaşmalarının hakim təyinatları Azərbaycanlı atlet Avropa Birinciliyində iştirak edib "Gəncəbasar" ev oyunlarını hansı stadionda keçirəcək? - "Sabah" - "Hapoel" oyununa satılan biletlərin sayı açıqlanıb Dünya Çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə start verir Millimizin sabiq üzvü bu klubu çalışdıracaq I Liqa klubunun baş məşqçisinin adı müəyyənləşib - "Tvente"nin hücumçusu: "Əgər biz cavab oyununda erkən qol vursaq..." Premyer Liqa klublarının yay transferləri Əvəzedicilər Liqası: 2-ci turun oyun cədvəli açıqlanıb Fuad Ağayevə beynəlxalq təyinat AÇ: Əli Baxışov finala yüksəlib Dünya Çempionatı: Bu gün qadın güləşçilərimi final görüşlərinə çıxır "Balakən"dən "Zaqatala"ya Yığmamızın üzvləri Türkiyə klubunda Azərbaycan millisinin üzvləri Dünya Çempionatında iştirak edəcəklər Azərbaycan klublarından bir ilk Kadi Borgesdən yeni rekord "Zirə"də daha bir ayrılıq - Bakıda voleybol üzrə AÇ-2026-nın oyunlarına bu gün start verilir

İbrahimoviç Kumanı sərt tənqid etdi

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 30-06-2026, 16:49

İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç Niderland millisinin DÇ-2026-nın 1/16 finalında Mərakeşə uduzmasından sonra komandanın baş məşqçisi Ronald Kumanı sərt tənqid edib.


Sport1.az xəbər verir ki, hazırda "Fox TV"də ekspert kimi çalışan keçmiş hücumçu məğlubiyyətə görə əsas məsuliyyətin Kumanın üzərində olduğunu bildirib.


"Bu məğlubiyyət Kumanın günahıdır. Söhbət nəticədən də getmir, Niderland futbolunun kimliyinin itirilməsindən gedir. Kumanın öz baxışı var idi, amma bu, komandanın ruhuna uyğun gəlmirdi. Məni ən çox narahat edən də elə budur. Məğlub olmaq mümkündür, amma öz stilinə sadiq qalmaq vacibdir. Özün olmalısan. Oyunçular topa güclə sahib olurdular və təhlükəli hücum şansları yaratmırdılar. Bu, acınacaqlı bir performans idi. İnanıram ki, buna görə məşqçi məsuliyyət daşıyır" - deyə Zlatan bildirib.


Xatırladaq ki, Niderland yığması dünya çempionatının 1/16 final mərhələsində Mərakeşlə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Ronald Kuman isə oyundan sonra seçdiyi taktikanı müdafiə edərək, bunun rəqibin güclü tərəflərini nəzərə alan qərar olduğunu bildirib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR