son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

"Qarabağ" Fransadan Zubirə əvəzləyici tapdı - İDDİA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 13-03-2026, 13:37

“Qarabağ”ın mövsüm başa çatdıqdan sonra heyətinə qatacağı ilk futbolçunun kimliyi məlum olub.


Sport1.az Kipr mediasına istinadən xəbər verir ki, “Omoniya”nın vingeri Jali Muaddibin karyerasını Azərbaycanda davam etdirməsi böyük ölçüdə dəqiqləşib.


Məlumata görə, 25 yaşlı fransalı sol cinah oyunçusu artıq “Qarabağ”la bütün əsas şərtlər üzrə razılıq əldə edib. Hətta tərəflərin üç illik ilkin müqavilə imzaladığı da qeyd olunur.


Muaddib Azərbaycan çempionuna azad agent statusunda qoşulacaq. Buna səbəb isə onun “Omoniya” ilə mövcud müqaviləsinin mövsümün sonunda başa çatmasıdır.


“Qarabağ” rəhbərliyi Muaddibi həmyerlisi Abdullah Zubirin potensial əvəzləyicisi kimi nəzərdən keçirir.


Qeyd edək ki, Jali Muaddib 2019-cu ildə Fransanın U-19 millisində 3 oyuna çıxıb və həmin qarşılaşmalarda 1 qol vurub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR