
İtaliya A Seriyasının təmsilçisi “İnter” üç futbolçusu ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Milan təmsilçisi müdafiəçilər Françesko Açerbi, Stefan de Vray və Matteo Darmianla vidalaşıb. Klub hər üç futbolçu ilə başa çatan müqaviləni yeniləməyib.
Qeyd edək ki, “İnter” 2025/26 mövsümündə İtaliya A Seriyasının qalibi olub.