son dəqiqə SON DƏQİQƏ
Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edəcək ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ●

“Qarabağ”dakı kardinal dəyişikliklərin səbəbi budur - MÜTƏXƏSSİS RƏYİ

Bölmə adı Qarabağ / Manşet / Özəl
Yayımlandı 1-07-2026, 21:58

2025/26 mövsümündə çempionluq mübarizəsində “Sabah”a uduzan “Qarabağ” yeni dövrə qədəm qoyur.


Qurban Qurbanovun məşqçi işlədiyi müddətdə ilk dəfədir ki, Ağdam təmsilçisinin heyətində bu qədər dəyişiklik olur.
Fasilə müddətində komandanı 7 futbolçu tərk edib. 6 yerli oyunçu transfer edilib. Yalnız 2 oyunçu ilə müqavilənin müddəti artırılıb. Rəqəmlər dəyişiklikləri açıq-aşkar göstərir.
Görəsən, bu proses “Qarabağ”a müsbət, yoxsa mənfi təsir edəcək? Heyətin yenilənməsindən sonra “köhlən atlar” 2026/27 mövsümündə çempion ola biləcək?


Suallarımızı tanınmış agent Emil Şükürbəyliyə ünvanladıq. Ekspert mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:


“Dəyişikliklərə əsas səbəb kimi artıq keçmiş üzvlərin “doymasını”, bəlkə də büdcə yükünü azaltmaq istəyini göstərmək olar. Yeni nəfəs, qələbələrə “ac” oyunçular və geri qazanılmalı olan çempionluq komandanın qarşısında duran əsas məqsəd olacaq.
Təzələrin bir-birinə alışması, oyun fəlsəfəsini qavraması və meydanda buna uyğun performans göstərməsi bir az vaxt alacaq.
Açığı, klubun əldən verilən titula bu cür sürətli və kardinal reaksiya verilməsi alqışlanasıdır. Belə yanaşma uzunmüddətli perspektivdə alışdığımız “Qarabağ”ı görəcəyimizə ümid verir”.

Müəllif: Həlimə Əliyeva
OXŞAR XƏBƏRLƏR