son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

Azərbaycanda ilin ən yaxşı futbolçusunun adı bəlli oldu

Bölmə adı Azərbaycan
Yayımlandı 30-12-2025, 14:19

Daha bir ilin, deməli, həm də futbol ilinin sonuna gəldik. “Futbol+” tarixində 27-ci dəfə ölkənin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirdi. Artıq ümummilli sorğumuz Azərbaycanın futbol həyatının ayrılmaz atributuna çevrilib və biz bundan yalnız məmnunluq duyuruq.


Bəs 2025-in sorğusunda ciddi rəqabət yaşandımı?


Bu suala cavab verməmiş bəzi texniki detalları nəzərinizə çatdırmaq istəyirik. Futbol ictimaiyyətinin faktiki bütün təbəqələrini əhatə edən sorğuya 193 şəxs qatıldı. Həmişə olduğu kimi, jurnalistlərin sayı (77) daha çox idi. Respondentlərdən 10 futbolçudan üçünü seçmək tələb olunurdu. Sorğuya qatılanlardan 4-ü 1-ci yerə, 1-i isə 3-cü yerə heç kimi layiq bilmədi, yəni ümumilikdə 1145 xal uğrunda mübarizə getdi.


“Qarabağ”ın artıq illərdi ölkə futbolunda ab-havanı müəyyənləşdirdiyini, bu komandanın nəticələrinin özünəməxsus barometr rolunu oynadığını nəzərə alsaq, ilin futbolçusu adı uğrunda mübarizənin məhz ağdamlıların oyunçuları, daha dəqiqi, müdafiəçiləri arasında getməsini də təbii qarşılamalıyıq. Elvin Cəfərquliyev həmklubu Bəhlul Mustafazadə üzərində parlaq, 97 xal fərqi ilə qələbə qazandı. 3-cü yeri isə sorğunun ötənilki qalibi Toral Bayramov tutdu. Yalnız “futbol rəhbərliyi, mütəxəssislər, agentlər” kateqoriyasında Bəhlul Elvindən üstün oldu.


2023-də 3-cü yeri tutan, ötən il yalnız Toral Bayramovdan geri qalan Elvin bu il, nəhayət, inadkarlığının bəhrəsini gördü. “Futbol+”in sorğu tarixində hələ belə təəccübləndirən qanunauyğunluq, yəni konkret bir futbolçunun ardıcıl üç il hədəf doğru irəliləməsi olmamışdı. Elvin 2023-də 197, 2024-də 326 xal toplamışdı. Bu il xalını 453-ə çatdırdı. Ancaq ümummilli sorğu üçün yeni rekord müəyyənləşdirə bilmədi. “Qarabağ”ın müdafiəçisi 2021-də 455 xal toplayan Emin Mahmudovdan azacıq geri qaldı.


Daha bir maraqlı məqam: Elvin 193 respondentdən 174-nün, Bəhlul 152-nin anketində yer aldı.


Respondentlər siyahısında “Neftçi”ni baş məşqçi kimi Yuri Vernidub yox, Samir Abasov təmsil etdi. Ukraynalı mütəxəssisin yenicə “sükan arxasına” keçdiyini nəzərə alıb, sorğuya sabiq çalışdırıcının qatılmasını lazım bildik. “Neftçi”dən söz düşmüşkən, daha bir məqamı vurğulamalıyıq. Bu komandanın kapitanı, sorğumuzun ikiqat qalibi Emin Mahmudov səsvermədə iştirakdan imtina etdi. Bizə verilən bilgiyə görə, Emin “10-luq”da yer almamasından narazıdı. Təbii ki, biz bu mövqeni qəbul etmirik və bu məsələyə ətraflı toxunacağıq.


Sonda ümummilli sorğunun yeni qalibi Elvin Cəfərquliyevi təbrik edir, 2026-da uğurlar arzayırıq. Həmçinin bu sorğunun təşkilində bizə yardım edən AFFA və PFL, eləcə də ayrı-ayrı klubların əməkdaşlarına bir təşəkkür borcumuz var. Sağ olun, dostlar, bayramınız mübarək!


1 2 3 4 5 6

1. Elvin Cəfərquliyev 110 59 5 453

2. Bəhlul Mustafazadə 64 77 11 357

3. Toral Bayramov 1 18 39 78

4. Xəyal Əliyev 1 14 33 64

5. Abdulla Xaybullayev 3 11 24 55

6. Rüfət Abbasov 4 2 30 46

7. Nəriman Axundzadə 4 5 21 43

8. Qismət Alıyev 1 4 16 27

9. Anton Krivotsyuk 1 3 9 18

10. Ceyhun Nuriyev - - 4 4


Qeyd: 1 – sıra nömrəsi, 2 – ad, soyad, 3 – birinci yer (X3), 4 – ikinci yer (X2), 5 – üçüncü yer (X1), 6 – xalların cəmi. (Futbol+ qəzeti)

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR