son dəqiqə SON DƏQİQƏ
Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edir ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ●

PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı

Bölmə adı Futbol / Azərbaycan / Premyer Liqa / Manşet
Yayımlandı 1-07-2026, 10:50

Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 2025/26 mövsümünün yekunları və statistik göstəricilərinə həsr olunmuş xüsusi hesabat hazırlayıb.


Sport1.az xəbər verir ki, ardıcıl ikinci mövsüm təqdim edilən hesabatda cari mövsümün ümumi, ev-səfər turnir cədvəlləri, turlar və dövrələr üzrə tamaşaçı sayları, ən məhsuldar futbolçular, ən çox qol ötürməsi edənlər, klubların heyətləri, eyni zamanda bütün futbolçuların statistikası, komanda və oyunçuları əhatə edən bir çox önəmli göstəricilər əhatə olunub.


Nəfis tərtibatda hazırlanan hesabat, həmçinin çempionatda vurulmuş qolların dəqiqə aralığı, penaltilərə aid xüsusi məlumatlar, cərimə və vərəqələrə aid rəqəmlər, son mövsümlərin müqayisəsi kimi diqqət çəkən maraqlı nüanslarla zəngindir. Bunlarla yanaşı, statistik hesabat Premyer Liqanın inkişaf dinamikasını da nümayiş etdirir. 



Qeyd edək ki, hesabatın hazırlanmasında əsas məqsəd həm mövsümün ümumi mənzərəsini təqdim etmək, həm də futbol ictimaiyyətini əhatəli informasiya ilə təmin etməkdir. PDF formatında hazırlanan sənəd klublar, media nümayəndələri, futbolsevərlər, eləcə də “pfl.az” saytının bütün izləyiciləri üçün əlçatandır. PDF-ə baxmaq və ya yükləmək üçün saytımızın “Arxiv” bölməsinin “ölkə futbolu” altbölməsindən 2025/26 mövsümünə keçid etmək və ya aşağıdakı linkə toxunmaq lazımdır:


https://pfl.az/storage/seasons/files/6a44ad9e53fe9_1782885790.pdf

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR