son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"Omoniya"nın baş məşqçisi: "Qarabağ" daha təcrübəli idi"

Bölmə adı Konfrans Liqası
Yayımlandı 7-08-2025, 22:47

Bu gün “Araz-Naxçıvan” Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kiprin “Omoniya” komandası ilə qarşılaşıb. Matç təmsilçimizin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Omoniya"nın baş məşqçisi Henninq Berq jurnalistlərin suallarını cavblandırıb:

"Xoşbəxtik. Sevinirik ki, 4 qol vurduq, qol buraxmadıq. Hazırda bu nəticədən sonra komandamız vəziyyətdədir. Amma heç nə tamamlanmayıb, evdə oynamalıyıq. İşimizi orada tamamlamalıyıq. Bu oyunda komandamız yaxşı idi. Müdafiə olunanda yaxşı işlədik. Komandanın performansından və nəticədən razı qaldım".

- Bundan əvvəl "Qarabağ"la oyun üçün Bakıya gəlmişdiniz. "Araz-Naxçıvan"la onları necə müqayisə edərdiniz?

- "Qarabağ"la qarşılaşanda səfərdə heç-heçə oynamışdıq. Patrik Andrade də orada oynayırdı. "Qarabağ" daha təcrübəli idi, "Araz-Naxçıvan" yeni qurulan komandadır. 1-2 oyunla müqayisə aparmaq çətindir. 3-4 il vaxt keçib. "Araz-Naxçıvan" yaxşı oyun nümayiş etdirir. "Aris"ə qarşı çox yaxşı çıxış etdilər, inamlı qələbə qazandılar. Bu gün bizim qələbəmiz asan olmadı. Sadəcə qollarımızı vurduq. Müdafiədə uğurlu çıxış etdik və "Araz-Naxçıvan"ın işini çətinləşdirdik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR