SON DƏQİQƏ
“Sabah” yeni futbolçu ilə anlaşıb.
Sport1.az xəbər verir ki, 25 yaşlı vinger Ksander Severina bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.
Kurasaolu futbolçu İsrailin “Makkabi” (Hayfa) klubundan transfer edilib. Yeni transferlə 2+1 illik müqavilə bağlanıb.
Severina karyerası ərzində Niderlandın “Den Haaq” (2021-2023), Serbiyanın “Partizan” (2023-2024), Portuqaliyanın “Kaza Pia” (2025-2026) və İsrailin “Makkabi” (Hayfa, 2024-2026) komandalarında çıxış edib. O, Kurasao millisinin heyətində 5 oyun keçirib.