son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Amit Quluzadənin şikayəti təmin olunmadı

Bölmə adı Azərbaycan
Yayımlandı 4-06-2025, 17:41

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

Sport1.az xəbər verir ki, toplantıda bir sıra məsələlərə baxılıb.

I Liqada çıxış edən “Mingəçevir” klubunun sabiq futbolçusu, 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu barəsində verilən qərardan şikayətə baxılmasına dair
1. I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğluna danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının verilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarından futbolçu tərəfindən verilən apellyasiya şikayətinə baxılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən AFFA-nın Apellyasiya Arbitraj Tribunalının müraciətinə əsasən daxil olmuş cavab məktubuna müvafiq olaraq yenilənsin.
2. Nəzərli Muxtar Mehman oğlu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
3. I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğluna danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının verilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Kəpəz” PFK-nın (Gənclər Liqası) futbolçusu Nihad İsaqov barəsində verilən qərardan şikayətə baxılmasına dair
1. “Kəpəz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 10 may 2025-ci il tarixdə AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Səbail PFK oyununda Kəpəz PFK komandasının heyətində 19 nömrəli futbolçu Nihad İsaqov qarşılaşmanın 71-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin 14 may 2025-ci il tarixli qərarı işdə olan yüngülləşdirici hallar nəzərə alınmaqla dəyişdirilərək 4 oyunluq cəzanın 2 oyunu şərti tətbiq edilsin.
3. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunsun və sınaq müddətinin başlanğıcı 14 may 2025-ci il tarixdən hesablansın.
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Quluzadə Amid Sevindik oğlu barəsində verilən qərardan şikayətə baxılmasına dair
1. Quluzadə Amid Sevindik oğlu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Quluzadə Amid Sevindik oğlu hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanması, “Qaradağ Lökbatan” klubunun 400 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 21 may 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Şamaxı” Futbol Klubu barəsində verilən qərardan şikayətə baxılmasına dair
22 aprel 2025-ci il tarixdə AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Şamaxı FK komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanovun meydana daxil olaraq Metak komandasının bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi Vüqar Süleymanovu 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzası verilməsi barədə AFFA İntizam Komitəsinin 21 may 2025-ci il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınsın.

“Laçın Mərkiz” Futbol Klubu barəsində verilən qərardan şikayətə baxılmasına dair
10 may 2025 ci il tarixdə AHFF-nin Həvəskarlar liqasında Laçın Mərkiz FK - İstiqlal FK arasında keçiriləcək görüş zamanı komandanın üzvlərinin geyimləri ilə bağlı yaranmış ziddiyyətlə ələqədar olaraq oyun baş tutmadığı üçün hər iki komandaya xəbərdarlıq edilməsi və oyunun yenidən keçirilməsi barədə AFFA İntizam Komitəsinin 14 may 2025-ci il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınsın.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR