son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

“Neftçi” səfər formasını təqdim etdi

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 1-07-2026, 18:26

“Neftçi” 2026/27 mövsümünün səfər formasını təqdim edib.


Sport1.az xəbər verir ki, səfər oyun dəsti “Qara Qızıl” adını daşıyır.


Tamamilə qara rəngdə hazırlanan forma qızılı detalları ilə klubun da adını götürdüyü, milli sərvətimiz olan neftə ehtiramın simvoludur.


“Neftçi” sadəcə bir klub adı deyil. O, onilliklərdir milyonlarla insanın qəlbində yaşayan dəyərdir. Məhz buna görə də bu formanın əsas rəngləri qara və qızılı seçilib. Qara – nefti, qızılı isə onun dəyərini ifadə edir.


“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada klubumuzun embleminin iki əsas elementi – neft buruğu və “N” hərfi əsasında xüsusi ornament hazırlanıb. Bu naxış yalnız bu forma üçün yaradılıb və onu tamamilə unikal edir.


Minimalist görünüşü, özəl naxışları və qızılı detalları ilə “Qara Qızıl” müasir dizaynı klubumuzun tarixi ilə birləşdirir. Hər detal “Neftçi” adının haradan gəldiyini və nəyi təmsil etdiyini xatırladır.


“Qara Qızıl” – adımızın gücü, rənglərimizin dəyəri və “Neftçi” ruhunun təcəssümüdür”, - deyə klubun paylaşımında deyilir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR