15:17 23.12.2025 105

AVF-nin inkişaf strategiyasında indiyədək görülmüş işlər açıqlanıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-2028-ci illər üçün nəzərdə tutulmuş inkişaf strategiyasında indiyədək görülmüş işlər açıqlanıb.

Sport1.az xəbər verir ki, qurum öz fəaliyyətini 2023-cü il avqustun 11-də təsdiq edilmiş “Azərbaycan Voleybol Federasiyası İctimai Birliyinin 2023-2028-ci illər üçün İnkişaf Strategiyası”na əsasən həyata keçirir.

AVF-nin hədəfləri kütləvilik, populyarlıq və mükəmməl infrastruktur olub:

“Son 3 mövsüm ərzində qadınlar arasında keçirilən Yüksək Liqada iştirak edən klubların sayının 4-dən 9-a, kişilər arasında keçirilən yarışlara qatılan komandaların sayının isə 4-dən 6-ya qədər artırılmasına, o cümlədən region komandalarının (“Gəncə”, “Gənclər”, “Turan”) iştirakına nail olunub. Federasiya tərəfindən Yüksək Liqada çıxış edən klubların sayının 10-12-yə qədər artırılması hədəflənib və bu istiqamətdə artıq bir neçə tərəfdaşlarla danışıqlar baş tutub. Klubların heyətində yerli voleybolçuların oyun təcrübəsi əldə etməsi, yeni nəsil voleybolçuların daha tez inkişaf etməsi və gənc, yerli idmançılara tələbatın yaranması məqsədilə ötən mövsümdən etibarən əcnəbi oyunçuların həm transferləri, həm də meydanda olması ilə bağlı limitlər tətbiq edilir. Klubların sifariş vərəqələrində ən çoxu 6, meydanda isə ən çoxu 5 əcnəbi voleybolçu iştirak edə bilər. Bu limitin növbəti mövsümdə artırılması planlaşdırılır. Beynəlxalq təcrübədə istifadə olunan innovativ alətlərin tətbiq edilməsi diqqətdə saxlanılıb. Ötən mövsümdən etibarən videotəkrar sistemi (challenge system), elektron protokol sistemi tətbiq edilib. Cari mövsümdə “Azərreyl” və “Xilasedici”nin kişilərdən ibarət komandaları cari mövsümdə avrokuboklarda ölkəmizi təmsil edirlər”.

Federasiya milli komandaların cari ildə bir sıra beynəlxalq yarışlarda iştirak etdiyini xatırladıb:

“Əsas yığmalar cari ilin may-iyun aylarında qızıl (qadınlar) və gümüş (kişilər) liqalarda mübarizə aparıblar. 2025-ci ilin noyabrında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəylik Oyunlarında qadınlardan ibarət komanda gümüş medal qazanıb. Qadınlardan ibarət əsas yığma Avropa çempionatının final mərhələsinə ardıcıl 11-ci dəfə vəsiqə qazanıb. Millinin növbəti il qrup mərhələsindəki oyunları Bakıda keçiriləcək. Hazırda yarışın təşkilatçılığı ilə bağlı işlər davam etdirilir.

Əsas millilərdə hazırda nəsil dəyişikliyi yaşanır. Federasiya tərəfindən yaxın gələcəkdə yığmalara gənc voleybolçuların cəlb edilməsi məqsədilə aşağı yaş qruplarında işlər aparılır. Əsas milli ilə yanaşı, cari ildə gənclərdən ibarət komanda da bir neçə mühüm turnirlərdə iştirak edib. Ölkəmizdə keçirilən III MDB Oyunlarına gənc qızlardan (2010 təvəllüd), eləcə də gənc oğlanlardan (2008 təvəllüd) ibarət komandalar qatılıblar. Qızlardan ibarət seçmə turnirdə bürünc medal qazanıb. Bununla yanaşı, gənclərdən ibarət milli komandaların hazırda Şərqi Avropa üzrə regional turnirlərdə (EEVZA) müntəzəm iştirakı nəzərdə tutulur”.

Qurumdan bildirilib ki, aşağı yaş qruplarında işin mükəmməl, sistemli təşkil olunması məqsədilə federasiya tərəfindən yaradılmış 7 regional klubun və AVF-nin Naxçıvan filialı vasitəsilə (Bakı, Sumqayıt, Hacıqabul, Oğuz, Gəncə, Tovuz, Şərqi Zəngəzur və Naxçıvan) bütün ölkə ərazisində seleksiya işləri aparılaraq müvafiq kriteriyalara cavab verən gənclər məşqlərə cəlb edilir:

“Onların arasından ən perspektivli olanlar seçilir və milli komanda məşqçilərinin nəzarəti ilə inkişaflarını davam etdirirlər. Ötən ildən etibarən ilk dəfə olaraq 3 yaş qrupu üzrə 14, 16 və 18 yaşa qədər (U-14 – 2012, 2013), (U-16 – 2010, 2011), (U-18 – 2009, 2010) oğlan və qızlar arasında Azərbaycan çempionatı keçirilir. Cari mövsümdə 170 komandanın iştirak etdiyi bu yarışlar maya qədər Bakı, Naxçıvan MR, Gəncə, Goranboy, Tovuz şəhərlərində keçirilir. 2026-cı il iyunun 1-də 12 yaşa qədər (U-12) uşaqlar arasında yarışın təşkili nəzərdə tutulub. Ümumilikdə bütün yaş qrupları üzrə yarışlarda təqribən 2000 gənc iştirak edir. Federasiya tərəfindən yaradılan mərkəzləşmiş məlumat sistemində bütün gənclərə dair məlumatların reyestri aparılır. Hər 3 aydan bir gənclərin fiziki hazırlığı təhlil edilir və məlumatlar yenilənir. Gənclərdə baş verən dəyişikliklər ölçüləbilən meyarlarla diqqətdə saxlanılır. Cari ildə Naxçıvanda yeniyetmə qızlar və oğlanlar arasında “Suverenlik Kuboku” uğrunda birincilik keçirilib. Yarışda yerli komandalarla yanaşı, Türkiyəni təmsil edən iki klub – İzmir şəhərinin “Altınordu” və İğdır şəhərinin komandası iştirak edib”.

AVF klassik voleybolla yanaşı, çimərlik voleybolunun inkişafını da prioritet hədəflərdən hesab edir:

“2023-cü ildə ilk dəfə keçirilən klublararası Avropa çempionatında kişilərdən ibarət “Murov Az Terminal” klubu bu turnirin qalibi olub. 2024-cü ildə “Azerreyl” klubunun həm qadın, eləcə də kişilərdən ibarət komandaları Fransada keçirilən klublararası Avropa çempionatının qalibi olub. Federasiyanın hədəfi sırf çimərlik voleybolçularından ibarət heyət formalaşdırmaqdır. Çimərlik voleybolu üzrə də həm paytaxtda, həm də regionlarda seleksiya işləri aparılır. Çimərlik voleybolu üzrə komandalar yay mövsümünə qədər bütün il boyu bir neçə ölkədə təlim-məşq toplanışları keçirlər.

Regionda artıq bir çox ölkələrdə qar voleybolu üzrə yarışlar keçirilir. Bu idman növünün ölkəmizdə inkişaf etdirilməsi məqsədilə yanvarda ilk dəfə qar voleybolu üzrə Azərbaycan çempionatı baş tutub. Çempionatda 4 kişi və 4 qadın komandası iştirak edib”.

Federasiya onu da vurğulayıb ki, idmançı sayının artması yerli məşqçilərin, hakimlərin və digər mütəxəssislərin də artmasını şərtləndirir:

“Yerli mütəxəssislərin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə federasiya tərəfindən mütəmadi olaraq istər beynəlxalq, istərəsə də lokal təlimlər, seminarlar, kurslar təşkil edilir. Son 2 il ərzində FİVB-nin ekspertləri tərəfindən Bakıda məşqçilər üçün 4 beynəlxalq seminar təşkil edilib. İki dəfə “Level 1”, bir dəfə “Level 2”, bir dəfə isə Bakıda ilk dəfə olaraq “Level 3” seminarı keçirilib. Federasiyanın tərkibində təlim şöbəsi yaradılıb. Təlim şöbəsi tərəfindən 4 seminar və 3 “Level 1″ kursları keçirilib. Həmçinin yeni hakimlərin, statistiklərin və digər mütəxəssislərin cəlb edilməsi məqsədilə bir sıra kurs və seminarlar təşkil edilib”.

Bundan əlavə, milli komanda, o cümlədən klub səviyyəsində oyun və məşq proseslərinin Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində (icarə əsasında), Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri İdman Kompleksində (icarə əsasında), AVF-nin yerləşdiyi inzibati binada yerləşən idman meydançasında (icarə əsasında) həyata keçirildiyi diqqə çatdırılıb.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:58

DÇ-2026: Son tura start verilib

23:54

Ceko 150-yə çatdı

23:23

Məşqçilər üçün I dan dərəcəsi üzrə seminar start götürüb

22:45

Seneqallı futbolçu “Fənərbaxça”da - RƏSMİ

22:17

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi

21:23

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

20:57

37 yaşlı qapıçı “Tottenhem”də

20:33

Cüdo üzrə region birincilikləri keçiriləcək

20:06

Azərbaycanda çalışan bu mütəxəssislər UEFA Pro lisenziyasına yiyələndilər - ÖZƏL

19:28

Yunan-Roma güləşində ilk çempionlar müəyyənləşib

18:58

Millimizin baş məşqçisi imtahandan kəsildi - ÖZƏL

18:26

15 cüdoçumuz Avropa Açıq Turnirində çıxış edəcək

18:00

Millidə 50-ci oyununa çıxan ən gənc futbolçu

17:32

"Real" ekvadorlunu istəyir

17:14

"Neftçi"dən üçüncü transfer - RƏSMİ

17:07

Kəmər dərəcələri imtahanı keçiriləcək

16:35

50 milyon avroluq təklif

16:06

"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı

15:50

AFFA-nın təşviq mexanizmi: Hansı klublar qazandı?

15:30

"Yuventus"un qapıçısı Türkiyə yolunda

15:05

"Arsenal"ın müdafiəçi üçün tələb etdiyi məbləğ

14:37

“Zirə”də ayrılıq - RƏSMİ

14:27

"Yuventus"un təklifi qəbul olunmadı

14:04

23 illik yaş fərqi ilə eyni meydanda

13:48

İstanbul klubunun istədiyi müdafiəçi

13:29

“Araz-Naxçıvan”dan növbəti transfer

13:03

"Atletiko"dan FİFA-ya şikayət

12:50

Modriçin yubileyi – dördüncü oldu

12:29

PFL klublara 2 milyon 610 min manat ödəyib

12:02

Dünya çempionatının iştirakçısı "Barselona"da

11:49

Premyer Liqa klubu futbolçusuna qiymət qoydu

11:30

Pley-off iştirakçıları 7-yə çatdı

11:01

Messi ilə bağlı sualı cavablandırmaqdan imtina etdi

10:50

Didye Deşama ağır itki

10:30

Aaron Remzi baş məşqçi təyin olundu

10:02

FİFA DÇ-2026-da yeni qayda tətbiq etmək istəyir

09:40

Kolumbiyadan ardıcıl ikinci qələbə

09:20

Panama Xorvatiyaya da uduzdu

09:00

DÇ-2026: İngiltərə Qana ilə bacarmadı

23:00

Ronaldodan iki qol, Portuqaliyadan qələbə

20:22

DÇ-2026: Portuqaliya - Özbəkistan: HEYƏTLƏR

20:11

ASA və Macarıstan İdman Elmləri Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

19:38

18 yaşlı futbolçu “Şaxtyor”da - RƏSMİ

19:25

La Liqa klubunun yeni baş məşqçisi açıqlanıb

18:57

Qattuzo rəsmən “Latsio”da

18:22

I Liqa klubundan yeni transfer - RƏSMİ

18:00

Argentina millisinin üzvü "Əl-Əhli"yə keçə bilər

17:43

Məşqçilər üçün seminar

17:24

Portuqaliyalı yarımmüdafiəçi "Zirə"də - RƏSMİ

17:07

İstanbul klubu fransalı müdafiəçi ilə danışıq aparır

16:53

Kloze rekordunu qıran Messi haqda nələr dedi?

16:31

"Zirə"dən növbəti transfer - RƏSMİ

16:06

"Mançester Siti" tarixinin ən bahalı transferi

15:50

"Qalatasaray" rəhbərliyi İkardiyə vaxt verdi

15:30

Messi əfsanələr sırasında, Mbappedən yeni rekord

15:13

“Kəpəz” yeni baş məşqçisini açıqladı - RƏSMİ

15:05

I Liqa klubu 3 futbolçu ilə yolları ayırdı

14:49

"Zirə"də yeni təyinat

14:29

"Turan Tovuz" onunla vidalaşdı

14:04

"Real"ın yetirməsi Azərbaycan klubunda - RƏSMİ

13:50

Gəncə klubunda ayrılıq

13:49

“Zirə”nin rəqibi xal itirdi

13:31

Millinin məşqi yarımçıq qaldı

13:03

"Real"ın istədiyi yarımmüdafiəçi

12:28

DÇ-2026: Günün oyunları

12:02

Braziliya millisinin üzvü İtaliya klubuna keçir

11:51

"Barselona" qapıçısını satdı

11:30

Dünya çempionatında dördüncü ayrılıq

11:11

Məşhur futbolçu Braziliya klubuna qayıtdı

10:48

Bundesliqa klubunda yeni baş məşqçi