
“Bu yarışın çox böyük sponsorları var”.
Sport1.az xəbər verir ki, bu sözləri Bakı–Xankəndi Velosiped Yarışının texniki direktoru Roland Hofer deyib.
Onun sözlərinə görə, mayın 10-da start götürəcək turnirdə ilk dəfə aralıq sprint mərhələsi də keçiriləcək:
“Yarışda 20 ölkədən 24 komanda iştirak edir və bu, 4 qitəni əhatə edir. Sözün həqiqi mənasında beynəlxalq yarışdır. Bütün dünya mübarizəni Eurosport vasitəsilə izləyəcək. Ümid edirəm ki, yarış maraqlı keçəcək və qəzasız başa çatacaq”.