
Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Sport1.az xəbər verir ki, yarımmüdafiəçi Qabriel Sara sıradan çıxıb. Bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.
Braziliyalı futbolçu sol ayağından zədə alıb. 26 yaşlı yarımmüdafiəçi mövsümün qalan iki oyununda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Qabriel Sara bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb