
2024-cü ildə Uruqvay millisindəki karyerasını başa vurduğunu açıqlayan Luis Suares qərarını dəyişib.
Sport1.az xəbər verir ki, "İnter Mayami"nin 39 yaşlı hücumçusu dünya çempionatı üçün yığmaya qayıtmağa hazır olduğunu bildirib:
"Dünya çempionatında mənə ehtiyacları olarsa, milli komandaya əsla "yox" demərəm. O dövrdə gənc nəslin yolunu açmaq üçün kənara çəkilmişdim. Deməməli olduğum bir söz demişdim. Üzr istəməli olduğum şəxslərdən artıq çoxdan üzr istəmişəm. İçimdə hələ də o adrenalin, oynamağa davam etmək arzusu var. İnsan daxilində hələ bir az həyat qaldığını fərq edir. Rəqabət aparmağa davam etmək hissi keçirirəm".
Qeyd edək ki, Uruqvay millisi yayda keçiriləcək dünya çempionatının H qrupunda İspaniya, Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə mübarizə aparacaq.