son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" İSRARLIDIR: Klubdan braziliyalı üçün növbəti "Sabah"la vacib qarşılaşmadan öncə "Hapoel" dini ayin keçirib - Azərbaycan badmintonçuları Gürcüstanda 17 medal qazanıblar Beynəlxalq ekspert Azərbaycanda işləməyə razılıq verib - "Bütün Azərbaycan bizə inanır, ona görə də qalib gəlməli idik" Kamerunlu hücumçu "Xankəndi"də Sabiq "Neftçi"li 40 yaşında bu klubla müqavilə imzalayıb "Xankəndi"dən "Marafona"a Bütün futbolçularla yolları ayıran "Şəmkir"dən ilk transfer - "Qarabağ" məlumat yayıb: Pley-off matçının startına 1 saat qalmış... Bu ölkələrin azarkeşləri Bakıya gəlir - ÇL: "Sabah"ın matçı penaltilər seriyasına qədər davam etsə... Millimizin üzvü: "Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq, lakin..." "Gəncə"də iki yeni müqavilə Avropa Çempionatı: Bu gün C qrupunun daha iki oyunu keçiriləcək Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq”

Dambrauskas: “Bu qalibiyyət “Kəpəz” üçün çox böyük uğurdur”

Bölmə adı Premyer Liqa
Yayımlandı 8-05-2026, 22:53

Misli Premyer Liqasının XXXI turunun "Sabah" - "Kəpəz" matçından (0:1) sonra ev sahiblərinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.


Sport1.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.


"Kəpəz"i təbrik etmək istəyirəm. Bu qalibiyyət onlar üçün çox böyük uğur idi, çox böyük qələbə idi. Bu gün nəsə çox şey demək istəmirəm. İlk hissədə daha çox dominant, daha yaxşı oynayan tərəf biz idik. Sadəcə künc zərbələrindən 3-4 qol fürsətimiz oldu ki, "Kəpəz"in qapıçısı çox yaxşı çıxış etdi, qol vurmağımıza imkan vermədi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Amma bundan sonra oyun ritmimiz kifayət qədər düşdü. Daha sonra anlaşılmaz səhv buraxdıq. Belədə, rəqib də fərqləndi. "Kəpəz" öz qapısına tərəf çəkildi. Hücumlar zamanı səbirli olmalıydıq, amma bəzən tələsirdik. Bütün bunlara unutmalıyıq. Düzdür, bir balaca üzgünük. Çünki uzun müddətdir məğlubedilməzliyimiz var idi. Amma üzülməyə vaxt yoxdur. Qarşıdakı vacib final oyununa hazırlaşmalıyıq".


- Demək olar ki, bəzi futbolçuların fikri kubokun final matçında idi? Bu, onların performansına təsir etmişdi?

- Əlbəttə ki, müəyyən mənada fikrinizlə razıyam. Bu gün daha çox az oynayan futbolçularımıza şans verdik. Müəyyən mənada risk etmək də istəmədik. Çünki zədəlilərimiz ola bilərdi. Amma onlar da bu gün göstərməliydilər ki, öz keyfiyyətli necədir, nə edə bilərlər. İstədiklərimizə bu gün müəyyən mənada müvəffəq ola bilmədik. Amma onların davranışından, göstərdikləri cəhdlərdən şikayət edə bilmərəm. Adicə bir oyunçunu dəyişəndə, komandada dinamika necə düşür... Təsəvvür edin, 5-6 oyunçu dəyişirsən. Bu isə asan deyil. Əgər bu gün meydana çıxan heyət 5-6 oyun ardıcıl birlikdə çıxış etsəydilər, fərqli mənzərəyə şahid olardınız. Sabah bərpa məşqimizi keçəcəyik. İnkişaf etdirməli olduğumuz məsələlər üzərində işləyib, çərşənbə günü keçiriləcək matçı izləyəcəyik.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR