
Premyer Liqanı tərk edəcəyi dəqiqləşən "Vulverhempton"un yarımmüdafiəçisi Joao Qomes karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sport1.az xəbər verir ki, "Atletiko" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Talksport" məlumat yayıb.
Madrid təmsilçisi Qomeslə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Atletiko"nun 25 yaşlı oyunçunun klubu ilə də anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, "Vulverhempton" Joao Qomesi 2023-cü ilin yanvarında "Flamenqo"dan 18 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "qurdlar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.