son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Bu federasiyanın İcraiyyə Komitəsinin iclası keçirildi

Bölmə adı Digər
Yayımlandı 2-03-2026, 12:58

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin dördüncü iclasında “Bakı-Xankəndi” yarışına hazırlıq və görülən işlər müzakirə olunub.


Sport1.az federasiyaya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan federasiya prezidenti Zaur Axundov iştirakçıları iclasın gündəliyi ilə tanış edib.


Federasiya prezidenti 10-14 may tarixlərində təşkil olunacaq “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışına hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğunu deyib və bu vaxtadək görülmüş işlərlə bağlı ətraflı məlumat üçün sözü yarışın Təşkilat Komitəsinin sədri, federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərova verib.


Sahib Ələkbərov bildirib ki, “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışında iştirak edəcək 25 komanda iştirakını təsdiqləyib. Onların içərisində 1 Dünya Turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığma komandası yer alır. Bundan başqa, velosiped yarışının bütün məlumatlarını özündə əks etdirən rəsmi sayt da hazırlanıb və izləyicilərin istifadəsinə verilib.


Hazırlıq çərçivəsində marşrutlar üzrə infrastrukturun hazırlıq səviyyəsi cari ilin 18-24 fevral tarixlərində yarışın texniki direktoru Roland Hofer və təhlükəsizlik üzrə menecer Andre Noyman tərəfindən yerli mütəxəssislərlə birlikdə yenidən yoxlanılıb. Sahib Ələkbərov “Eurosport” kanalı ilə bütün mərhələləri canlı yayımlanacaq “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının ölkəmizin turizm və idman potensialının, beynəlxalq idman tədbirlərinin təşkili sahəsində əldə etdiyi təcrübənin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini xüsusi olaraq vurğulayıb.


Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov İcraiyyə Komitəsinin son iclasından keçən dövr ərzində görülən işlər və keçirilən tədbirlər barədə məlumat verib. O, bildirib ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində respublikanın 15 bölgəsində velosiped bölmələri açılıb və aktiv fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərin tələbələrinə, həmçinin Gəncə şəhərində şəhid və qazi övladlarına velosipedlər hədiyyə olunub və proses bundan sonra da davam etdiriləcək. Bundan başqa, mart ayında görüləcək işlər və keçiriləcək tədbirlərlə bağlı da iclas iştirakçılarına məlumat verilib.


İclasda federasiyanın fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR