
Son günlər idman mediasında Ayxan Abbasovun “Şəfa”nın baş məşqçisi olacağı ilə bağlı xəbərlər yayılıb.
Sport1.az-a daxil olan məlumata görə, bu informasiya həqiqəti əks etdirmir.
AFFA rəhbərliyi ilə mütəxəssis arasında keçirilən son görüşdə ona yalnız millidə fəaliyyət göstərə biləcəyi bildirilib.
Həmçinin, qeyd olunub ki, baş məşqçinin rəhbərliyi altında yığmamız UEFA Millətlər Liqasında D Liqasından C-yə yüksələcəyi təqdirdə, Ayxan Abbasovla 2 illik yeni müqavilə imzalanacaq.