son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

14 illik idman saytı bloklandı, baş redaktoru Prezidentə müraciət etdi

Bölmə adı Digər
Yayımlandı 8-05-2026, 13:04

14 ildir fəaliyyət göstərən Sportlife.az saytının girişi bloklanıb.


Sport1.az-ın məlumatına görə, bu barədə həmin saytln təsisçisi və baş redaktoru Mirələm Həsənli sosial şəbəkə hesabında paylaşım edib.


Onun paylaşımını təqdim edirik:


“14 ildir fəaliyyət göstərən Sportlife.az saytı ölkənin idman siyasətinə dəstək verən media orqanlarından biri olub. Biz bu illər ərzində həm uğurları işıqlandırmışıq, həm də problemləri gündəmə gətirmişik. Hesab etmişik ki, sağlam tənqid inkişafın ayrılmaz hissəsidir.


Dünəndən etibarən saytın fəaliyyətində ciddi problemlər yaranmışdı. Bu gün isə Sportlife.az-a ölkə daxilindən girişin tam bloklandığı məlum oldu. 


Bir sözlə, yazdığımız tənqidi yazılar kimlərinsə marağına toxunub və saytı öz əlaqələri vasitəsilə bağlatdırıb!


MEDİA Agentliyi qərarın onlara aid olduğunu, saytın bloklanmasının isə Rabitə və Yüksək Texnologiyalar nazirliyi tərəfindən həyata keçirildiyini bildirir.


MEDİA Agentliyi səbəb kimi gündəlik 20 xəbər limiti qaydasının pozulmasını göstərir və bu əsasla saytın reyestrdən çıxarıldığı bildirir. Tutalım, belədir. Bəs saytın tam bloklanması nə deməkdir? Bu, hansı hüquqa, hansı məntiqə sığır?


Tənqidi yazılar kimlərisə niyə bu qədər narahat edir? İllərlə fəaliyyət göstərən bir platformanın taleyi bir günün içində belə həll olunur? 


Buradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirəm.


Cənab prezident, xahiş edirəm bu məsələni şəxsi nəzarətə götürəsiniz. İllərdir fəaliyyət göstərdiyim media qurumunun işi bir günün içində iflic vəziyyətinə salınıb. Jurnalist fəaliyyətimə müxtəlif yollarla maneələr yaradılır.


Ümid edirəm ki, məsələyə obyektiv və ədalətli qiymət veriləcək, media azadlığı ilə bağlı yaranmış bu vəziyyət araşdırılacaq”.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR