son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda ənənəvi futzal turniri keçiriləcək

Bölmə adı Digər
Yayımlandı 8-05-2026, 18:36

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək.


Sport1.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışda 20 komanda iştirak edəcək.


Bu gün turnirin püşkatma mərasimi reallaşıb. Təşkilatçı qurumların nümayəndələri tədbirdə iştirak edən komandaların təmsilçilərini salamlayaraq yarışın əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, ümummili liderin xatirəsi idman ictimaiyyəti üçün daim əziz tutulur, hər il dahi şəxsiyyətin doğum və anım günləri ilə bağlı silsilə tədbirlər keçirilir. Budəfəki futzal turnirinə də marağın yüksək olduğu vurğulanıb, idmanda kütləviliyin təmini, sağlam həyat tərzinin təbliği baxımından, o cümlədən qurumlararası əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti önə çəkilib.


Turnirin reqlamenti barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Sonra püşkatmaya başlanılıb. Püşkatmanın nəticələrinə uyğun olaraq hər birində 5 komanda olmaqla, 4 qrup formalaşdırılıb.


Qeyd edək ki, mayın 16-da start götürəcək turnirin oyunları İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR