son dəqiqə SON DƏQİQƏ
Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Azərbaycan Kuboku: 29 illik rekord təkrarlandı ● Badmintonçularımız beynəlxalq inkişaf turnirində ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ●

Federasiya prezidenti Naxçıvanda yeniyetmə voleybolçularla görüşdü

Bölmə adı Voleybol
Yayımlandı 8-05-2026, 15:33

Azərbaycan Voleybol Federasiyasının (AFV) prezidenti Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçular və onların valideynləri ilə görüş keçirib.


Sport1.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Kamallədin Qafarov, federasiyanın Naxçıvan filialının direktoru Vüqar Əliyev, sponsor şirkətlərin rəhbərləri və voleybol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Tədbirdə Naxçıvan filialının direktor müavini Rahil Tahirli regionda voleybolun inkişafı, uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması, eləcə də əldə edilən nəticələr barədə ətraflı məlumat verib. Bildirilib ki, son illərdə şəhər və rayon məktəblərində aparılan seleksiya işləri nəticəsində yüzlərlə perspektivli gənc voleybola cəlb olunub, xüsusilə qız voleybolunun inkişafı istiqamətində mühüm irəliləyişlər əldə edilib.


Qeyd olunub ki, son iki il ərzində Naxçıvanın yeniyetmə oğlan və qızlardan ibarət komandaları Azərbaycan çempionatlarında iştirak edərək 2 qızıl və 4 bürünc medal qazanıblar. Bundan əlavə, 15-dən çox idmançı müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına cəlb olunub.


Şahin Bağırov çıxışında ölkədə voleybolun kompleks inkişafı, uşaq voleyboluna göstərilən diqqət və yaradılan şəraitdən danışıb. O, yeniyetmələr arasında keçirilən çempionatların gələcək nəsil idmançılarının yetişməsində mühüm rol oynadığını vurğulayıb.


AVF prezidenti bu işlərdə valideynlərin rolunu xüsusi qeyd edərək, idmançı, məşqçi və ailə əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, Naxçıvanda voleybolun inkişafı gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.


Sonda Şahin Bağırov yeniyetmə voleybolçuların məşq prosesini və "Möminə Xatun" komandasının oyununu izləyib, milli komandaya seçilən idmançılarla maraqlanıb. Daha sonra sponsorlar və məşqçilərlə regionda voleybolun inkişaf perspektivləri müzakirə olunub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR