
"Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu vurub.
Sport1.az xəbər verir ki, 41 yaşlı hücumçu buna XXXIII turda "Əl-Şabab"a qalib gəldikləri matçda (4:2) nail olub.
Portuqaliyalı forvard komandasının üçüncü qoluna imza atıb. O, Liqada 100-cü qola 105 oyunda çatıb.
Ronaldu karyerasında vurduğu qolların sayını 971-ə çatdırıb. O, cari mövsüm Səudiyyə Ərəbistanı çempionatında 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.