15:28 12.03.2026 114

Balakəndə velosiped yarışı

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Balakən rayon İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında velosiped yarışı təşkil olunub.


Sport1.az xəbər verir ki, açılış mərasimində iştirak edən Balakən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Azər Kərimli və digər rəsmilər çıxış edərək, rayonda ilk dəfə belə bir velosiped yarışının keçirilməsindən məmnunluqlarını bildiriblər və bu tədbirin Balakən rayonunda velosiped idmanına marağın xeyli artıracağına inandıqlarını söyləyiblər.


Vurğulanıb ki, Balakən və Zaqatala rayonlarında velosipeddən nəqliyyat vasitəsi kimi istifadə kifayət qədər geniş yayılıb və indi əsas məqsəd velosipedin idman növü kimi təşviqinə yönəldilməsidir.


Yarışda Balakən, Zaqatala və Qax rayonlarından 150-yə yaxın məktəbli 3 müxtəlif yaş qrupunda mübarizə aparıb. Reqlamentə əsasən, iştirakçılar yarışa öz velosipedləri ilə qatılıblar və əvvəlcə yarımfinal mərhələsində güclərini sınayıblar.


Yarışın marşrutu Balakən şəhərinin mərkəzi küçələrini əhatə edib. 3,5 kilometrlik dövrə üzrə hərəkət edən iştirakçılar sürət və texniki bacarıqlarını ortaya qoyublar. Gərgin və maraqlı keçən mübarizənin sonunda isə hər yaş qrupu üzrə ən sürətli və dözümlü velosipedçilər müəyyənləşdirilərək final mərhələsinə yüksəliblər.


Final mərhələsinin yekununa əsasən, 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında Balakən məktəbliləri ilk 3 pilləyə yüksəliblər – Famil Həsənov 1-ci, İrakli Rəhimov 2-ci, Rəsul Əlisoltanov isə 3-cü olub.


Qızlar arasında mübarizə Zaqatala rayonu məktəblilərinin üstünlüyü ilə yekunlaşıb – Fatma Mehdiyeva bütün rəqiblərini qabaqlamaqla 1-ci nəticə göstərib. Həbsət Buğliyeva 2-ci, Hürü Məmmədova isə 3-cü yeri tutub.


2011-2014-cü il təvəllüdlü oğlanlar arasında da Balakən məktəbliləri fərqləniblər – Qurban Mollaçıyev final yürüşündə hamıdan güclü olub. Cahid Ramazanlı finişi 2-ci, İbrahim Hacıyev isə 3-cü keçib.


Fərqlənən idmançılar təşkilatçılar tərəfindən medal diplom və hədiyyələrlə təltif ediliblər. Bundan başqa, 1-ci yeri tutan məktəblilərə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlər hədiyyə edilib.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

21:36

“Turan Tovuz” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

20:57

“Qarabağ” “Zirə”ni məğlub etdi

20:33

Kazemironun yeni klubu bəlli oldu

20:18

DÇ-2026: Niderland - İsveç: HEYƏTLƏR

19:57

“Neftçi”də yeni müqavilə - RƏSMİ

19:27

I Liqaya yüksəldi - MƏŞQÇİSİ İLƏ YOLLARINI AYIRDI

18:53

“Zirə”dən yeni transfer - RƏSMİ

18:39

Boksçumuz Dünya Kubokunun finalında

18:00

45 milyonluq təklif

17:28

Dünya rekordu yeniləndi

17:20

"Zirə"də ayrılıq

17:07

Vinisius Ronaldinyonu qabaqladı

16:50

"Yuventus"dan transfer

16:36

“Real”ın Olise planı

16:33

“Neftçi” yeni transferini açıqladı

16:06

Türkiyə ilə oyunda rekorda imza atdı

15:50

“Qarabağ” üçün yeni rəqib

15:19

"Barselona" milli üzvünü istəyir

15:00

Avropa çempionatında bürünc medal

14:35

London klubu yarımmüdafiəçi üçün hərəkətə keçdi

14:14

Məşhur futbolçu idman direktoru təyin olundu

13:55

Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib

13:52

"Trabzonspor" İngiltərə klubuna "yox" dedi

13:32

Braziliya millisi yenidən zirvədə

13:13

DÇ-2026: Günün oyunları

12:49

"Sportinq"in yetirməsi "Sabah"da - RƏSMİ

12:29

Türkiyə millisindən antirekord

12:02

“Karyeramın ən yaxşı günlərindən birini yaşadım”

11:50

“Cəsarətli və əzmkar olmaq lazımdır“

11:30

96 ildə ən yaxşı nəticə

11:11

Çalhanoğlu üzr istədi

10:45

Montella: “35 illik futbol karyeramda buna çox nadir rast gəlmişəm”

10:30

Ronaldonun bacısından tənqid

10:08

Seneqal millisində böhran

09:53

Türkiyəyə qol vurdu, ən yaxşı seçildi

09:28

Türkiyə millisi növbəti mərhələ şansını itirdi

09:15

DÇ-2026: Braziliyadan üç cavabsız qol

09:00

DÇ-2026: Mərakeşdən qələbə

00:46

Millimiz İsrailə qalib gəlib

23:32

Fransa klubunda yeni təyinat

22:58

DÇ-2026: ABŞ 1/16 finalda

22:22

Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək

21:56

“Real”ın futbolçusu La Liqada klubunu dəyişə bilər

21:23

“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

20:57

“Neftçi” futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

20:23

“İmişli”də 5 ayrılıq - RƏSMİ

19:56

“Göygöl”ün futbolçusu mükafatlandırılıb

19:27

Yunanıstan klubu baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ

18:50

Elmin Bayramov mükafatlandırılıb

18:37

3 boksçumuz Dünya kubokunun yarımfinalında

18:00

Türkiyə millisinin sabiq futbolçusu karyerasını bitirdi

17:33

İki oyuna 200 min avro

17:17

24 illik rekordu yenilədi

17:07

"Şəfa"da yeni müqavilə - RƏSMİ

16:50

"Barselona" ispan futbolçu üçün hərəkətə keçdi

16:28

Şahmatçımız Karlseni məğlub etdi

16:06

İrandan FİFA-ya şikayət

16:06

Xorvatiyalı futbolçu Azərbaycan klubunda

15:49

PSJ-nin futbolçusu "Asenal"ın hədəfində

15:30

Paytaxt klubu 40 milyonluq transferə hazırlıq

15:05

220 milyon avroluq təklif

15:00

Millimiz Latviya və Çexiya ilə eyni qrupda

14:54

Bölgə klubu anqolalı futbolçu ilə müqavilə imzaladı

14:39

Cüdoçularımızdan qızıl və bürünc medal

14:29

Əşrəf Haimi məhkəmə qarşısına çıxacaq

14:04

Gürcüstanlı futbolçu nəhəng klublarında radarında

13:45

"Sabah"ın baş məşqçisi: "2 oyunda hər şey baş verə bilər

13:30

Kanadalı futbolçu tarixə düşdü

13:04

“Qarabağ”la oyunu ləğv etdilər

12:50

“Araz-Naxçıvan”dan ayrılan Demçenkonun yeni iş yeri