son dəqiqə SON DƏQİQƏ
II Liqada 6-cı tur start götürür ● Gimnastlarımız 6 medal qazandılar ● Azərbaycan Basketbol Liqasında 1-ci tur: "Ordu" "Gəncə" ilə üz-üzə gəlir ● Günün oyunları: ● "Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ●

PFL-in uğurlu statistikası: Milyonların izlədiyi 5 oyun

Bölmə adı Premyer Liqa / İdman Siyasəti / Manşet / Kubok
Yayımlandı 8-05-2026, 09:57

Azərbaycan futbolunda bir mövsümün daha sonuna yaxınlaşırıq.


Yola saldığımız ötən ay, yəni aprel hər bir azarkeş üçün futbol bayramı oldu desək, yanılmarıq.


“Qarabağ”ın tam 5 oyunu bu şənliyə tuş gəldi. Qarşılaşmalar da adi komandalarla deyil, rəqabət, intriqa baxımından maraqla gözlənilən görüşlər idi. “Köhlən atlar” bu görüşlərdən 3-nü cari "futbol ili"ndə Misli Premyer Liqasının qızıl medallarına sahib çıxan “Sabah”a qarşı keçirdi. Ağdam təmsilçisi qalan 2 oyununda isə “Neftçi” ilə üz-üzə gəldi.


Yuxarıda futbol bayramı fikrini əbəs yerə səsləndirmədik. Azarkeşlərin bu qarşılaşmalara yüksək maraq göstərməsi bunu deməyimizə əsas verir.


Sport1.az olaraq bu görüşlərin ctimaiyyət tərəfindən nə qədər izlənildiyini hesabladıq.


“Qarabağ”ın “Sabah” və “Neftçi”yə qarşı keçirdiyi son 5 oyunu ümumilikdə stadionlardan 64 min 338 tamaşaçı seyr edib.


Bu matçlara sosial platformalarda da böyük maraq olub. “Qarabağ”ın sözügedən 5 oyunu yutub platforması üzərindən ümumilikdə 1 milyon 634 min 774 dəfə canlı izlənib.


Görüşlərin icmallarına da bacanların sayı az deyil. 5 matçın videoicmalları ümumilikdə 169 min baxış yığmağı bacarıb.


Peşəkar Futbol Liqasının oyunlarla bağlı statistikasını təqdim edirik:


03.04.2026 | Saat 20:00

Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan Kuboku, yarımfinal ilk oyunu

“Sabah” 2:2 “Qarabağ”

Stadion tamaşaçısı: 21 min

Yutub canlı yayımı: 336 min baxış

Oyun icmalı: 50 min baxış


18.04.2026 | Saat 19:30

Tofiq Bəhramov adına Respublika stadionu

Misli Premyer Liqası, 28-ci tur

“Sabah” 1:0 “Qarabağ”

Stadion tamaşaçısı: 17 min 338

Yutub canlı yayımı: 266 min 774 baxış

Oyun icmalı: 22 min baxış


22.04.2026 | Saat 20:00

Bank Respublika Arena

Azərbaycan Kuboku, yarımfinal cavab oyunu

“Sabah” 2:1 “Qarabağ”

Stadion tamaşaçısı: 8700

Yutub canlı yayımı: 432 min baxış

Oyun icmalı: 40 min baxış


26.04.2026 | Saat 19:00

Palms Sports Arena

Misli Premyer Liqası, 29-cu tur

“Neftçi” 1:5 “Qarabağ”

Stadion tamaşaçısı: 9500

Yutub canlı yayımı: 287 min baxış

Oyun icmalı: 29 min baxış


30.04.2026 | Saat 20:00

Palms Sports Arena

Misli Premyer Liqası, 21-ci tur (təxirə salınmış oyun)

“Neftçi” 2:1 “Qarabağ”

Stadion tamaşaçısı: 7800

Yutub canlı yayımı: 313 min baxış

Oyun icmalı: 28 min baxış


Bütün rəqəmləri topladıqda isə ortaya maraqlı statistika çıxır. Stadion tamaşaçıları, canlı yayımlar və oyun icmalları birlikdə hesablandıqda, 5 oyun ümumilikdə 1 milyon 868 min 112 baxış və izləyici sayı ilə diqqət çəkib.


Burada Peşəkar Futbol Liqasının əməyini də xüsusi qeyd etmək lazımdır. Qurum fəaliyyət göstərdiyi dövrdən etibarən Azərbaycan futbolunun inkişafı və daha yüksək səviyyəyə qalxması üçün çalışır. Yuxarıdakı statistikalar da bunun bariz nümunəsidir. Azarkeşlərin PFL-in yutub və digər sosial media hesabları vasitəsilə oyunları canlı izləməsi Azərbaycan futboluna marağın son illərdə əhəmiyyətli dərəcədə artdığını bir daha göstərir.


MİRZƏ SAKİT

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR