son dəqiqə SON DƏQİQƏ
"Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ●

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib

Bölmə adı Digər
Yayımlandı 14-04-2026, 19:11

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş onlayn formatda iclas keçirilib.


Sport1.az xəbər verir ki, toplantıda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, Azərbaycan Prezidentinin xüsusi nümayəndələri, yarışın marşrutlarının keçəcəyi şəhər və rayonların icra hakimiyyətlərinin başçıları və onların müavinləri, müvafiq yaşayış məntəqələrinin icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.


İclası giriş sözü ilə açan gənclər və idman naziri Fərid Qayıbov əvvəlki illərdə ölkəmizdə təşkil olunan velosiped yarışlarını xatırladaraq, mayın 10-dan 14-dək təşkil olunacaq "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı ilin idman təqvimində yer almasının mühüm hadisə olduğunu, aidiyyəti qurumların dəstəyi ilə bu yarışın da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.


Yarışın Təşkilat Komitəsinin sədri, iqtisadiyyat nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək bildirib ki, yarışa hazırlıq təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq gedir. 5 mərhələdən ibarət olan yarışa dünyanın 21 ölkəsindən 25 yüksək səviyyəli komandanın qatılacağı gözlənilir. Bakıda "Sea Breeze"dən start götürəcək yarış iştirakçıları 5 gün ərzində Azərbaycanın 21 şəhər və rayonunun ərazisindən keçərək 850 km məsafə qət edəcəklər və yekunda Xankəndi şəhərinin mərkəzi meydanında, Zəfər abidəsinin qarşısında finiş xəttini keçəcəklər.


Sahib Ələkbərov qeyd edib ki, bu, istedadlı gənc velosipedçilərin aşkarlanması və tanıtdırılması ilə bərabər, paytaxtımızın və bölgələrimizin heyrətamiz gözəllikləri, habelə işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq işləri barədə məlumatların bütün dünyaya çatdırılmasına imkan verəcək.


Daxili işlər nazirinin müavini Oqtay Kərimov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov, bir sıra rayonların icra hakimiyyətlərinin başçıları, Dövlət Gömrük Komitəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, TƏBİB və digər qurumların nümayəndələri yarışın təşkili ilə bağlı fikirlərini bölüşərək onları maraqlandıran sualları səsləndiriblər. İclasda ətraflı fikir mübadiləsi aparılıb və iştirakçıların bütün sualları cavablandırılıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR