
"Bavariya"nın hücumçusu Harri Keyn Robert Levandovskinin rekordunu təkrarlayıb.
Sport1.az xəbər verir ki, ingiltərəli futbolçu Çempionlar Liqasının yarımfinalında PSJ ilə cavab oyunu çərçivəsində (1:1) qol vuraraq bu mövsüm bütün turnirlərdəki qol sayını 55-ə çatdırıb.
Beləliklə, Keyn "Bavariya"nın heyətində bir mövsümdə ən çox qol vuran futbolçular siyahısında Robert Levandovskinin 2019/2020 mövsümündəki göstəricisini təkrarlayıb. Polşalı hücumçu isə bu nəticəyə bir oyun az keçirərək nail olub.
Qeyd edək ki, Münhen klubu mövsümün sonuna qədər Bundesliqada iki, Almaniya Kubokunda isə bir oyun keçirəcək. Keyn bu matçlarda fərqlənərsə, 21-ci əsrdə klub tarixinin yeni rekordçusu olacaq.