son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır

Bölmə adı Digər
Yayımlandı 7-05-2026, 17:55

Mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı öncəsi Təşkilat Komitəsinin yekun iclası keçirilib. Respublika Velotrekində təşkil olunan tədbirdə yarışa hazırlıq işlərinin vəziyyəti ətraflı müzakirə olunub.



Sport1.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışının Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, bu mötəbər yarışın uğurla keçirilməsi üçün zəruri olan bütün tədbirlər görülüb və artıq əminliklə demək olar ki, beynəlxalq idman tədbirinə hazırlıq işləri tam başa çatıb. Artıq bir neçə komanda Bakıdadır və yarışa hazırlıqlarını paytaxtımızda davam etdirirlər.



Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru, Avropa Velosipedçilər Birliyinin (UEC) fəxri baş katibi isveçrəli Roland Hofer böyük velosiped yarışlarının yenidən Azərbaycana qayıtmasını olduqca əlamətdar hadisə kimi dəyərləndirib və bildirib ki, təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. O, qeyd edib ki, marşrut boyunca təhlükəsizlik, logistika, tibbi xidmət və texniki təminat məsələləri beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub. Roland Hofer vurğulayıb ki, Bakı-Xankəndi marşrutu həm idman baxımından, həm də Azərbaycanın təbii gözəlliklərini nümayiş etdirmək üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yarış iştirakçıları fərqli relyefə malik mərhələlərdə mübarizə aparacaq və bu da turnirin rəqabət səviyyəsini daha da artıracaq.




Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR