
"Real"ın yarımmüdafiəçiləri Federiko Valverde və Orelyen Çuameni barəsində tətbiq olunacaq sanksiyaların təfərrüatları bəlli olub.
Sport1.az xəbər verir ki, jurnalist Melxor Ruisin məlumatına görə, məşq zamanı əlbəyaxa dava edən hər iki futbolçu klubun daxili nizamnaməsinə uyğun olaraq ağır cəza ilə üzləşə bilər.
Qeyd edək ki, qaydalara əsasən futbolçular 3-10 oyunluq heyətdən kənarlaşdırıla və bu müddətdə maaşlarından məhrum edilə bilərlər. Əgər hadisə “çox ağır xəta” kimi qiymətləndirilərsə, cəza 11-20 oyuna qədər uzana bilər. Daha ciddi halda isə klubun müqaviləyə xitam vermək hüququ da var.